Redaktor
Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu
Müasir iş dünyasında ofis şirkətlərin ayrılmaz hissəsi hesab olunsa da, "GitLab" bu anlayışı dəyişən ən diqqətçəkən nümunələrdən biri kimi tanınır. Şirkət yarandığı gündən etibarən ənənəvi ofis modelindən imtina edərək tam uzaqdan işləmə prinsipi əsasında fəaliyyət göstərib və sonradan dünyanın aparıcı proqram təminatı şirkətlərindən birinə çevrilib.
Valyuta.az xəbər verir ki, "GitLab" 2011-ci ildə Dmitri Zaporojets (Dmitriy Zaporozhets) və Sitse Seybrandey (Sytse Sijbrandij) tərəfindən yaradılıb.
Layihə əvvəlcə proqramçıların proqram kodunu birgə hazırlaması və idarə etməsi üçün açıq mənbəli platforma kimi fəaliyyətə başlayıb.
Şirkət ilk gündən bütün əməkdaşlarının müxtəlif ölkələrdən işlədiyi uzaqdan fəaliyyət modelini seçib. "GitLab"ın rəsmi məlumatına görə, şirkətin gündəlik fəaliyyət göstərən fiziki ofisi yoxdur və bütün iş prosesləri onlayn platformalar vasitəsilə idarə olunur.
Bəs "GitLab" nə iş görür? Şirkət proqram təminatının hazırlanması prosesini vahid platformada birləşdirən "DevSecOps" sistemi hazırlayıb. Bu platforma proqramçıların kod yazmasından başlayaraq təhlükəsizlik yoxlanışına, avtomatik testlərə və proqram təminatının istifadəyə verilməsinə qədər bütün əsas mərhələləri vahid sistem üzərindən idarə etməyə imkan verir. GitLab-ın həllərindən texnologiya şirkətləri ilə yanaşı, banklar, dövlət qurumları və iri korporasiyalar da istifadə edir.
Bu yanaşma zamanla "GitLab"ın əsas fərqləndirici xüsusiyyətinə çevrilib. Şirkət özünü "dünyanın ən böyük tam uzaqdan işləyən şirkəti" (The world's largest all-remote company) kimi təqdim edir.
Hazırda GitLab-da 2 500-dən çox əməkdaş çalışır. Şirkətin işçiləri 65-dən çox ölkədə fəaliyyət göstərir və dünyanın müxtəlif yerlərindən eyni layihələr üzərində birlikdə çalışırlar.
"GitLab" bütün daxili qaydalarını, iş prinsiplərini və idarəetmə proseslərini də açıq şəkildə paylaşır. Şirkətin on minlərlə səhifədən ibarət "GitLab Handbook" sənədi uzaqdan işləmənin təşkili, korporativ idarəetmə və iş prosesləri ilə bağlı dünyanın ən geniş açıq korporativ məlumat bazalarından biri hesab olunur.
Şirkətin sürətli inkişafı investorların da diqqətini cəlb edib. "GitLab" 14 oktyabr 2021-ci ildə NASDAQ birjasında GTLB tikeri ilə ilkin kütləvi səhmlərini (IPO) yerləşdirib və bununla da tam uzaqdan işləmə modeli ilə fəaliyyət göstərən ən tanınmış texnologiya şirkətlərindən biri kimi birjada listinqə çıxıb.
Şirkətin rəsmi maliyyə hesabatına əsasən, 2026-cı maliyyə ilində gəliri 955,2 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 26% artım deməkdir. Şirkət tam uzaqdan işləmə modelini əsas biznes strategiyasına çevirərək dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə mütəxəssisi vahid komanda altında birləşdirib və bu yanaşma ilə qlobal texnologiya bazarında uğurlu biznes modeli formalaşdırmağın mümkün olduğunu nümayiş etdirib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi
300 müraciətdən sonra “Google” və “Snapchat” mühəndisi olan azərbaycanlı - Müsahibə
8 dostun hazırladığı kart oyunu necə milyonlarla dollarlıq biznes oldu?
İki qardaşın tələbə endirimləri ideyası qlobal biznesə necə çevrildi?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb
10.07.2026Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"
10.07.2026İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur
10.07.2026“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb
10.07.2026Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır
10.07.2026Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu
10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!
10.07.2026"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"
10.07.2026İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür
10.07.2026Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu
10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
10.07.2026Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL
10.07.2026Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma
10.07.2026"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər
10.07.2026"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi
10.07.2026SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar
10.07.2026"OpenAI" "Atlas" layihəsini dayandırdı
10.07.2026Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri
10.07.2026