Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

Redaktor

10.03.2026 19:25
27

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

Mark Kuban siyasətdən investisiyaya qədər müxtəlif mövzularda açıq fikirlərini bölüşməsi ilə tanınır. Öz zəhməti ilə milyarder olan Kuban insanların maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və hətta varlanmaq üçün nə etməli olduqları barədə məsləhətlərini çəkinmədən paylaşır.

Bu yanaşma qismən milyarder investor Uorren Baffetin strategiyasına bənzəyir. Baffet uzun illərdir belə deyir: “Diversifikasiya bilməməzlikdən qorunmaq üçündür. Nə etdiyini bilən insanlar üçün isə çox da məna daşımır.”

Kuban bəzən analitiklərin əksəriyyətinin fikirlərinə zidd olan və ya kifayət qədər riskli hesab edilən investisiya imkanlarını dəstəkləyir. Onun fikrincə, əgər insan nə etdiyini yaxşı bilirsə, risk əhəmiyyətli dərəcədə azalır. Mark Kuban tam passiv investor kimi tanınmasa da, o, bizneslərinə fokuslanarkən paralel olaraq böyüyə bilən və əlavə gəlir gətirə bilən investisiyaları seçir.

Aşağıda Kubanın özünün investisiya etdiyi və passiv gəlir potensialı olan sahələr təqdim olunur:

1. Dividend Ödəyən Səhmlər

Kubanın fikrincə, dividendlər investorların cibinə real pul gətirir və dərhal passiv gəlir yaradır. Dividend ödəməyən səhmlərdə isə dəyər daha çox bazar göstəricilərinə əsaslanan nəzəri anlayışdır.
Dividend ödəyən səhmlər passiv gəlirə ən yaxın investisiya növlərindən biridir. Bu səhmlər həm qiymət artımı potensialına malikdir, həm də rüblük dividend ödəmələri sayəsində bazar zəiflədiyi dövrlərdə belə gəlir təmin edə bilir.

2. Süni İntellekt (AI) Şirkətləri

Ümumilikdə Kuban fərdi səhmlərə böyük həvəslə investisiya etməyin tərəfdarı deyil. Onun sözlərinə görə: “Dividend ödəməyən səhmlər bir növ beysbol kartları kimidir — onların dəyəri sadəcə kimisə həmin qiymətə almağa razı sala bildiyiniz qədərdir.”
Lakin süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə gəldikdə Kubanın fikri dəyişir. O hesab edir ki, gələcəkdə demək olar ki, bütün şirkətlər fəaliyyətlərini davam etdirmək üçün AI texnologiyalarından istifadə etməli olacaq.
AI səhmləri adətən dərhal gəlir gətirmir, lakin onların qiyməti kəskin yüksələrsə, gələcəkdə böyük qazanc mənbəyinə çevrilə bilər. Bu müddətdə investorlar sadəcə portfellərində saxlayaraq passiv şəkildə gözləyə bilərlər.

3. Kriptovalyuta

Kriptovalyuta klassik passiv gəlir mənbəyi deyil. Daha çox yüksək riskli, lakin böyük qazanc potensialı olan investisiya hesab edilir. Kuban bildirir ki, kriptovalyutaların dəyəri qismən smart contract (ağıllı müqavilə) texnologiyasına əsaslanır. Onun fikrincə, bu texnologiya gələcəkdə geniş istifadə ediləcək tətbiqlərin yaranmasına səbəb olacaq. Bu səbəbdən funksional smart contract texnologiyasına əsaslanan kriptovalyutalar uzunmüddətli perspektivdə böyük dəyər qazana bilər.
Bununla belə, Kuban investorları xəbərdar edir ki, kriptovalyutalara yalnız itirməyə hazır olduqları məbləği yatırmalıdırlar. Onun sözlərinə görə: “Kriptovalyutaya yalnız macəraçı ruhunuz varsa və böyük risk almağa hazırsınızsa investisiya edin.”

4. S&P 500 İndeks Fondu

Kuban və Baffet kriptovalyutalar haqqında fərqli fikirdə olsalar da, S&P 500 indeks fondları məsələsində eyni mövqedədirlər. Bu indeks uzunmüddətli perspektivdə orta hesabla ildə təxminən 10% gəlir təmin edib. Müntəzəm və uzunmüddətli investisiya nəticəsində bu fondlar ciddi passiv sərvət yarada bilər.

5. Özəl Şirkətlər

“Shark Tank” verilişinin əsas investorlarından biri kimi Kuban tez-tez kiçik özəl şirkətlərə investisiya edir. Bu investisiyalar yüksək risk və yüksək gəlir potensialına malikdir. Əlbəttə ki, Kubanın belə imkanlara çıxışı adi investorlarla müqayisədə daha genişdir.
Lakin adi investorlar da crowdfunding platformaları və ya xüsusi investisiya fondları vasitəsilə özəl şirkətlərə sərmayə qoya bilərlər. Bu halda investisiya tam passiv ola və gələcəkdə gəlir gətirə bilər.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır

10.03.2026

Məzənnə

Yüklənir...