İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi?

Redaktor

16.01.2026 14:00
576

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi?

Əmək münasibətlərinin formalaşdığı müasir iş mühitində nəzarət və təhlükəsizlik anlayışları getdikcə daha çox müzakirə mövzusuna çevrilir. Texnologiyanın sürətli inkişafı iş proseslərinin idarə olunmasında yeni imkanlar yaratmaqla yanaşı, işçilərin şəxsi məkanına müdaxilə məsələlərini də gündəmə gətirir. Xüsusilə iş yerlərində kamera nəzarəti və səs yazma praktikaları bir tərəfdən işəgötürənlərin maraqlarını, digər tərəfdən isə işçilərin hüquq və məxfiliyini balanslaşdırmaq zərurətini ortaya çıxarır.

Bəs iş yerində işçinin kamera və səs yazma vasitəsilə izlənməsi qanunvericiliyə nə dərəcədə uyğundur?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Valyuta.az-a açıqlamasında bildirib ki, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ qanunvericilikdə təsbit edilib:

"Şəxsin razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılması yolverilməzdir. Bu məsələ Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində – şəxsi toxunulmazlıq hüququ çərçivəsində tənzimlənir. Həmin maddəyə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə, video və foto çəkilişinə, səs yazısına və digər bu kimi hərəkətlərə məruz qoyula bilməz".

O əlavə edib ki, iş yerlərində, o cümlədən ofislərdə təhlükəsizlik kameralarının quraşdırılması zamanı işçilər bu barədə əvvəlcədən məlumatlandırılmalıdır. Həmçinin həmin görüntülərdən və ya səs yazılarından qanunsuz istifadə, onların yayılması şəxsi həyatın toxunulmazlığının pozulması hesab olunur və bu hal cinayət məsuliyyəti yaradır:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatına dair məlumatların, bu məlumatları əks etdirən sənədlərin yayılması, satılması və ya digər şəxslərə verilməsi qanunsuz sayılır. Bu əməlləri törədən şəxslər 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər".

"Əgər həmin əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə və ya məsafədən idarə olunan pilotsuz uçuş aparatları vasitəsilə törədilərsə, həmin şəxs 3 ilədək müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər"- deyə R.Əliyev qeyd edir.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...