Redaktor
İşçilər bir-birinin maaşını bilməlidir?
Bəzi şirkətlərdə işçilər bir-birinin maaşını bilmədikdə, bu, konfliktlərin qarşısını alır. Məsələn uzun müddət çalışan biri, yeni gələnin ondan artıq maaş aldığını öyrənərsə, bu, narazılıq hissi yaradır.
İşin bir də bu tərəfi var ki, deyirlər ki maaşların tam gizli saxlanması şəffaflığı azaldır. Əgər əməkhaqqı sistemi açıq və əsaslandırılmış olsa, bu, işçilər arasında güvəni artırır.
Maaşlar gizli saxlanmalıdır? Yoxsa işçilər bir-birinin maaşını bilməlidirmi?
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, məsələyə qanunvericilik baxımından yanaşdıqda, şirkətdaxili əməkhaqqı məlumatlarının gizli saxlanılması və ya açıqlanması ilə bağlı konkret hüquqi norma mövcud deyil:
"Bu, müəssisənin daxili idarəetmə səlahiyyətinə aid məsələdir. Lakin komanda və əməkdaşlıq mühiti baxımından yanaşdıqda, əməkhaqqı sisteminin şəffaf olması bir sıra üstünlüklər yarada bilər. Əgər müəssisədə düzgün dərəcələndirməyə əsaslanan əməkhaqqı sistemi qurulubsa, yəni az işləyənə çox, çox işləyənə isə az ödəniş edilmirsə, bu halda əməkhaqqı məlumatlarının açıq olması həm şəffaflığı artırar, həm də işçilərin motivasiyasına müsbət təsir göstərə bilər. Məsələn, bir əməkdaş hazırda mütəxəssis vəzifəsində çalışır və aylıq maaşı 2000 manatdırsa, aparıcı mütəxəssis vəzifəsinə yüksəldikdə bu məbləğin 2500 manata qədər artacağı məlumdursa, bu, onun daha həvəsli və məqsədyönlü fəaliyyətinə təkan verə bilər. Belə şəraitdə əməkdaş digər işçilərin maaş məlumatlarını bildikdə, bu, demotivasiya yaratmaq əvəzinə, əksinə, öz inkişafı üçün əlavə stimul ola bilər".

"Nəticə etibarilə, müəssisədə əməkhaqqı sistemi ədalətli və şəffaf şəkildə qurulubsa, maaşların açıq olması işçilər arasında narazılıq yaratmır, əksinə, vəzifə artımı və karyera inkişafına qarşı daha ciddi yanaşmanı təşviq edir", - deyə ekspert vurğulayıb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual
"Ödəniş edilməyəndə, təcrübəçilərdə ruh düşkünlüyü yaranır"
İşdə daha uğurlu gün üçün səhər rejiminizi düzəldin - SƏHƏR OXUSU
"İşçinin yalanını bir-iki dəfə görməzdən gəlmək olar”
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026