Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

Redaktor

24.01.2026 15:46
426

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

Yeni ilə doğru addımlayarkən bir çox insan həyatında və peşə yolunda ciddi dəyişikliklər etməyi düşünür.

Bunlardan biri də karyerada istiqamət dəyişikliyidir. Burada vacib məqamlardan biri də “career pivot” - sadəcə iş dəyişmək deyil, həyat tərzini və prioritetləri yenidən nəzərdən keçirməkdir. 

Müəllif Art Markman öz təcrübəsindən çıxış edərək bildirir ki, 34 ildən çox ali təhsil sektorunda professor və administrator kimi çalışdıqdan sonra özəl sektora keçmək qərarı verib. Onun sözlərinə görə, bu addım həm dövlət sektorundan özəl sektora keçidi, həm də bir quruma xidmət etməkdən qlobal müştəri bazasına yönəlməyi əhatə edir.

Belə qərarlar emosional impulslara əsaslanmamalıdır.

Valyuta.az xəbər verir ki, mütəxəssislər karyerada ciddi dönüş etməzdən əvvəl aşağıdakı 3 əsas suala cavab tapmağı tövsiyə edirlər:

1. Bunu niyə etmək istəyirsiniz?

Karyera dəyişikliyi əksər hallarda mövcud işdən narazılıqla başlayır. Bu narazılıq bəzən işdə yaşanan böhran, bəzən isə şəxsi həyatda baş verən hadisələr - xəstəlik, ailə itkisi və ya mühüm həyat mərhələləri ilə əlaqəli olur. Bu cür böhranlar insanı düşünməyə vadar etsə də, mütəxəssislər xəbərdarlıq edir: karyera dəyişikliyi yalnız nəyəsə “qaçmaq” yox, eyni zamanda nəyəsə “doğru getmək” olmalıdır. Yəni yeni yol sizi daha cəlbedici məqsədlərə aparmalıdır.

Çox zaman insanlar şəxsi dəyərləri ilə uyğun gəlməyən işlərdən uzaqlaşmaq istəyirlər. Məsələn, karyerasının əvvəlində şəxsi uğura fokuslanan biri zamanla cəmiyyətə fayda verən işlərə üstünlük verə bilər. Yeni işin şəxsi dəyərlərinizlə uyğunluğu uzunmüddətli məmnunluq üçün əsas amildir. Eyni zamanda, idealist yanaşmadan uzaq durmaq tövsiyə olunur. Hər bir işin öz çətinlikləri və rutin tərəfləri var. Yeni karyera yolunun problemsiz olacağına inanmaq reallıqdan uzaqdır.

2. Təcrübə və bacarıqlarınız yeni sahəyə uyğun gəlirmi?

Yeni sahədə uğur qazanmaq üçün mövcud bilik və bacarıqların orada tətbiq oluna bilməsi vacibdir. Psixoloqlar bunu “transfer” adlandırırlar — yəni bir sahədə qazandığınız təcrübəni başqa sahədə istifadə etmək bacarığı.
Əgər indiyə qədər topladığınız bilik və peşəkar bacarıqlar yeni rolda dəyər yarada bilmirsə, bu dəyişiklik ciddi risk daşıyır.

3. Yeni yolun real tərəflərini qəbul etməyə hazırsınızmı?

Karyera dəyişikliyi yalnız romantik gözləntilərlə edilməməlidir. Yeni sahənin həm üstünlükləri, həm də çətinlikləri əvvəlcədən aydın şəkildə dəyərləndirilməlidir. Əks halda, insan bir məyusluqdan digərinə keçmiş ola bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"ABB"nin avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR

04.03.2026

Nazir təyin olunan Fərid Bağırzadə kimdir? – DOSYE

04.03.2026

"Bank əməkdaşı" vətəndaşın 13 min manatını ələ keçirdi

04.03.2026

"Kraken" "Fed" sisteminə çıxış əldə edən ilk kripto birjası oldu

04.03.2026

Azərbaycan şabalıdı Rusiyaya neçəyə satır?

04.03.2026

“Azərpoçt”un keçmiş əməkdaşına “PASHA Bank”da vəzifə verildi

04.03.2026

Prezident onları təltif edib

04.03.2026

Fərid Bağırzadə nazir təyin olundu

04.03.2026

Maliyyə institutlarının depozitləri 1 milyard manatdan çox artıb

04.03.2026

ADY-nin departament müdiri işdən çıxdı

04.03.2026

Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb

04.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

04.03.2026

"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət

04.03.2026

Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM

04.03.2026

Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib

04.03.2026

"Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"

04.03.2026

Həyatın ölüm halından sığortasında yığımlar artıb

04.03.2026
Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?

Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?

04.03.2026

Vüqar İskəndərov şadlıq saraylarının sayının azaldılıb idman obyektlərinin tikilməsini təklif edib

04.03.2026

Klassik və nadir 5 "Disney" kolleksiya əşyası minlərlə dollara satılır

04.03.2026

Məzənnə

Yüklənir...