Redaktor
Vüqar İskəndərov şadlıq saraylarının sayının azaldılıb idman obyektlərinin tikilməsini təklif edib
Azərbaycanda şadlıq saraylarının sayı azaldılaraq idman obyektləri tikilməlidir.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə deyib.
O, son illərdə idmana marağın artdığını diqqətə çatdırıb:
"Şadlıq saraylarının sayını azaldıb idman obyektləri tikməliyik. İdmana son illərdə axın var. Bu da kifayət qədər effekt verir. Bölgələrdə istedadların erkən aşkarlanmasına ehtiyacımız var. Bəzən legioner idmançılara ehtiyac duyuruq. Bu proses hələ də davam edir. Ucqar kəndlərdə idmançıları axtarmalıyıq. Regionlarda gənclər və idman idarələri var. Rayonlara yox, ən ucqar kəndlərə getməliyik. Kəndlər bir az geridədir. Demək olar ki, əksər vaxtlarda rayonlarla işləyirik".
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət
04.03.2026Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
04.03.2026Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib
04.03.2026"Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"
04.03.2026Həyatın ölüm halından sığortasında yığımlar artıb
04.03.2026