Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar 25% artıb

Redaktor

04.03.2026 10:40
38

Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar 25% artıb

Bu ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.7 milyon manat vəsait daxil olub. Banklardan kənara köçürülən vəsaitin həcmi isə 36.4 milyon manata bərabər olub.

Valyuta.az xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 25,20% və ya 24,3 milyon manat, banklardan xaricə köçürmələr isə 0,27% və ya 100 min manat artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 96,4 milyon manat vəsait daxil olub. Banklardan kənara köçürülən vəsaitin həcmi isə 36,3  milyon manata bərabər olub.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...