Bəhruz Kazımlıya “Expressbank”da vəzifə verildi

Redaktor

04.03.2026 11:40
95

Bəhruz Kazımlıya “Expressbank”da vəzifə verildi

“Expressbank”ın Pərakəndə Bankçılıq Departamentinə yeni direktor təyin edilib.

Valyuta.az-ın məlumatına görə, bu vəzifəyə Bəhruz Kazımlı təyin olunub.

B.Kazımlı bundan əvvəl 2024–2026-cı illərdə “Bank BTB”də Satış Departamentinin direktoru, 2022–2024-cü illərdə “TuranBank”da Pərakəndə Bankçılıq Departamentinin direktoru, 2020–2022-ci illərdə “Bank of Baku”da Bank məhsullarının satışı bölməsinin rəhbəri, 2018–2020-ci illərdə “Yelo Bank”da şöbə rəhbəri, 2012–2018-ci illərdə isə “Bank of Baku”da böyük mütəxəssis vəzifələrində çalışıb.

O, 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2010–2013-cü illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...