Redaktor
"Ödəniş edilməyəndə, təcrübəçilərdə ruh düşkünlüyü yaranır"
Bəzi təcrübəçilər və sınaq müddətində olan işçilər işə münasibətdə daha rahat davranırlar. Onlar tez-tez belə düşünürlər ki, onsuz da maaş almırlar, buna görə iş saatına dəqiq əməl etməyə və məsuliyyəti tam üzərlərinə götürməyə ehtiyac yoxdur. Nəticədə işə gec gəlmək, tez çıxmaq və tapşırıqlara laqeyd yanaşmaq halları yaranır. Bəs bu yanaşma nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Rəqəmsal Kadr Agentliyinin İnsan Resursları üzrə meneceri Röyal Əhmədov Valyuta.az-a bildirib ki, hazırda əmək bazarında rəqabət kifayət qədər yüksəkdir və yeni məzunlar üçün vəziyyət asan deyil: "Universiteti yeni bitirən gənclərin və təcrübə proqramı axtaran şəxslərin sayı çoxdur. Gənclər əsasən hansı sahəyə yönəlmək istədiklərini müəyyənləşdirmək və özlərini sınamaq üçün təcrübə proqramlarına üz tuturlar. Lakin mövcud təhsil sistemi bu baxımdan yetərli dəstək vermir. Universitetlərdə tətbiq olunan təcrübə proqramları isə əksər hallarda formal xarakter daşıyır və tələbələrin real əmək bazarına hazırlanmasına ciddi töhfə vermir. Nəticədə gənclər universiteti bitirdikdən sonra hansı istiqamətdə inkişaf edəcəkləri ilə bağlı qeyri-müəyyənlik yaşayırlar".
Onun sözlərinə görə, bir çox şirkətlər əvvəlki illərdə təcrübə proqramlarını sınaqdan keçiriblər, lakin nəticələr gözləntiləri doğrultmadığı üçün bu proseslərə ehtiyatla yanaşırlar: "Uğursuzluğun əsas səbəblərindən biri isə təcrübəçilərə və prosesin özünə kifayət qədər ciddi yanaşılmamasıdır".
Ekspert vurğulayır ki, bəzi şirkətlər təcrübəçiləri mərhələli şəkildə yetişdirərək mütəxəssis səviyyəsinə qədər inkişaf etdirir və bu əməkdaşlıq uzunmüddətli olur: "Bu zaman şirkət həm zaman, həm enerji, həm də maliyyə resursu sərf edir. Böyük şirkətlərin bu sahədə imkanları daha genişdir. Çoxsaylı struktur bölmələri və böyük insan resursları olan şirkətlər onlarla, hətta yüzlərlə təcrübəçi qəbul edə biləcək potensiala malikdirlər. Burada əsas amil şirkət rəhbərliyinin yanaşmasıdır - yalnız qısa müddətli qazanc deyil, eyni zamanda cəmiyyət üçün ixtisaslı kadr yetişdirmək istəyidir".

R.Əhmədov bildirir ki, Azərbaycanda təcrübə proqramlarının əhəmiyyətli hissəsi ödənişsizdir və bu da ciddi problemlər yaradır: "Şirkətlər bunu təcrübəçi üçün imkan kimi təqdim etsələr də, ödənişsiz əmək uzunmüddətli motivasiyanı zəiflədir. Ödəniş olmadığı halda təcrübəçilərdə ruh düşkünlüyü yaranır, iş yükü isə artmağa başlayır. Bu isə prosesə məsuliyyətli yanaşmanı zəiflədir".
Ekspert xatırladır ki, qanunvericiliyin tələblərinə əsasən, təcrübəçilər istənilən halda rəsmi qaydada rəsmiləşdirilməli və onlara əməkhaqqı ödənilməlidir. Məbləğ az olsa belə, bu ödəniş mütləq həyata keçirilməlidir və bu yanaşma əmək bazarında təşviq olunmalıdır.
R.Əhmədovun fikrincə, ödənişsiz və perspektivi qeyri-müəyyən olan təcrübə proqramları bəzi gənclərdə məsuliyyətsiz davranışlara yol açır: "İşə gecikmələr, tapşırıqlara laqeyd münasibət və iş prosesinin pozulması şirkət tərəfindən mənfi qiymətləndirilir və bu, həmin şəxsin gələcəkdə orada işə qəbul şansını azaldır".
Ekspert hesab edir ki, şirkətlər təcrübə proqramlarını elan edərkən davamlılıq perspektivini əvvəlcədən aydın şəkildə bildirməlidirlər: "Bu, namizədlərin prosesə daha ciddi yanaşmasına şərait yaradar. Həmçinin şirkət təcrübə proqramını rəsmi, ödənişli və strukturlaşdırılmış şəkildə təşkil etməlidir. Hətta əməkdaşlıq davam etməsə belə, təcrübəçi peşəkar inkişaf baxımından real bilik və bacarıqlar qazanmalıdır".
Sonda R.Əhmədov qeyd edir ki, bu vəziyyətin aradan qaldırılması üçün sistemli mexanizmlər formalaşdırılmalı, təcrübə proqramları formal mərhələ deyil, real kadr hazırlığı prosesi kimi qəbul edilməlidir".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026