Redaktor
Qarlı havada işə gecikən işçiyə töhmət vermək düzgündürmü?
Qarlı və şaxtalı hava şəraiti bir çox hallarda şəhərdaxili hərəkəti çətinləşdirir. Yolların buzlanması, bəzi marşrutların bağlanması və ictimai nəqliyyatın gecikməsi səbəbindən minlərlə insan işə vaxtında çata bilmir. Xüsusilə belə günlərdə rəsmi qurumlar tərəfindən avtobusların gecikə biləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıqlar da edilir.
Bu vəziyyət isə iş yerlərində əmək intizamı ilə bağlı mübahisəli məqamlar yaradır. Adətən, işə gecikmə hallarında işçiyə ilk mərhələdə xəbərdarlıq edilir, təkrarlandıqda intizam tədbirləri görülür, son mərhələdə isə əmək müqaviləsinə xitam verilə bilər. Bəs güclü qar, yolların bağlanması və nəqliyyatın rəsmi gecikməsi fonunda baş verən gecikmələrdə işçiyə eyni yanaşma tətbiq olunmalıdırmı?
Mövzu ilə bağlı İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirib ki, qarlı və şaxtalı havalarda işə gecikmə məsələsinə həm hüquqi, həm də etik çərçivədə yanaşılmalıdır.
Onun sözlərinə görə, bu kimi hallarda əsas prinsip qarşılıqlı anlayış olmalıdır: “Əgər işçi gündəlik olaraq işə vaxtında gələn, məsuliyyətli əməkdaşdırsa və gecikmə yalnız ekstremal hava şəraiti ilə bağlı baş verirsə, bu hallar qarşılıqlı anlaşma əsasında tənzimlənməlidir. Bu yanaşma həm korporativ mədəniyyəti gücləndirir, həm də işçinin işə bağlılığını artırır”.
Ekspert deyir ki, işçinin də üzərinə müəyyən məsuliyyət düşür: “İş vaxtının başlamasına bir dəqiqə qalmış "gecikirəm" demək düzgün yanaşma deyil. Gecikmə istehsal prosesinə təsir göstərə, digər növbədə çalışan əməkdaşların yükünü artıra və ümumi iş keyfiyyətini aşağı sala bilər. Buna görə də işçi gecikəcəyini əvvəlcədən rəhbərliyə bildirməli, iş prosesi ona uyğun şəkildə tənzimlənməlidir”.

A.Həsənovun sözlərinə görə, əgər iş daxilində də gecikmələr yaranırsa, bu zaman iş bölgüsü qarşılıqlı anlaşma əsasında digər əməkdaşlar arasında paylaşdırılmalı və düzgün idarə olunmalıdır.
Ekspert vurğulayıb ki, ekstremal hava şəraitində işçini gecikməyə görə sıxışdırmaq doğru yanaşma deyil: “Əgər işin spesifikası imkan verirsə, belə hallarda işçinin evdən işləməsinə şərait yaradılması daha məqsədəuyğundur. Çünki yolların təhlükəli olduğu şəraitdə tələsərək işə gələn, stress keçirən əməkdaşın işdə effektivliyi də aşağı olur”.
Bununla yanaşı, bəzi sahələrdə işçinin mütləq iş yerində olması tələb olunur. Bu hallarda isə ekspertin fikrincə, məsuliyyət təkcə işçinin deyil, həm də rəhbərliyin üzərinə düşür: “Hava şəraitinin pisləşəcəyi adətən öncədən məlum olur. Rəhbərlik əvvəlcədən tədbir görərək növbələrin dəyişdirilməsi, iş vaxtının tənzimlənməsi və ya işçilərin mərhələli şəkildə işə cəlb olunması barədə qərarlar verə bilər”.
A.Həsənov hesab edir ki, ekstremal hava şəraitində işçiyə xəbərdarlıq və ya töhmət verilməsi düzgün addım deyil. O, həmçinin xatırladıb ki, açıq hava şəraitində və ya temperaturu aşağı olan iş yerlərində çalışan işçilərlə bağlı Əmək Məcəlləsi xüsusi tələblər müəyyən edir: “Belə hallarda işçilər üçün iş vaxtı daxilində fasilələr verilməli və bu fasilələr iş vaxtına daxil edilməlidir. Bu tələblərin yerinə yetirilməsi işəgötürənin birbaşa borcudur”.
Ekspert Əmək Məcəlləsinin 72-ci maddəsinə də diqqət çəkib. Həmin maddəyə əsasən, işçinin üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
“Qarlı, şaxtalı hava, yolların bağlanması və rəsmi nəqliyyat gecikmələri üzürlü səbəb sayılır. Bu halda işçini işdən çıxarmaq üçün hüquqi əsas yoxdur”, - deyə A.Həsənov əlavə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026