Redaktor
Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?
Bir şirkət (məsələn, market və ya bank) müştəri narazılığı və ya qiymət səhvi səbəbilə məhkəməyə verilir və nəticədə məhkəmə həmin şirkəti 4-5 min manat cərimələyir. Daha sonra şirkət rəhbərliyi bu cəriməni işçiyə ödətməyə çalışır.
Məhkəmənin şirkətə qarşı tətbiq etdiyi cəriməni hüquqi baxımdan işçiyə ödətmək mümkündürmü? Əgər işçi bu tələblə razılaşmayıb məhkəməyə müraciət edərsə və bildirərsə ki, "bu məbləği ödəməyə imkanı yoxdur və niyə mən ödəyim ki?" bu halda məhkəmə məsələyə necə baxır?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Valyuta.az-a bildirib ki, bu cür hallarda adətən iş yeri və ya işəgötürən tərəfindən işçi barəsində intizam tədbirləri tətbiq olunur:
"Bu tədbirlərə xəbərdarlıq, töhmət, şiddətli töhmət, eləcə də bəzi hallarda işçinin yol verdiyi səhvə görə əmək müqaviləsinə xitam verilməsi daxildir. Lakin cərimənin işçi tərəfindən ödənilməsi düzgün hesab edilmir. Əgər baş vermiş hadisədə qəsd yoxdursa, bu halda qeyd edilən cərimə işçi tərəfindən ödənilə bilməz. Çünki iş prosesinə və işçinin fəaliyyətinə nəzarət işəgötürən tərəfindən həyata keçirilməlidir. Belə hallarda hər hansı maddi məsuliyyətin nəzərdə tutulması mümkün deyil və bu risk biznes riski kimi qiymətləndirilir. Bəzən işəgötürən və ya iş yeri reqresiya hüquq qaydasında ona dəymiş zərəri işçidən tutmaq məqsədilə işçiyə əməkhaqqından tutulma ilə bağlı razılıq ərizəsi imzaladır və sonradan bu tələbi məhkəmə qaydasında irəli sürür".

"Lakin məhkəmələr bu tip işlərə baxarkən, adətən, aşağıdakı əsas məsələlərə diqqət yetirir: işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət və ya məhdud maddi məsuliyyət haqqında müqavilənin olub-olmaması, əgər belə müqavilə mövcuddursa, həmin müqavilədə cərimələrin nəzərdə tutulub-tutulmaması, eləcə də maddi məsuliyyətin yalnız işəgötürənin əmlakına vurulmuş zərərlə məhdudlaşıb-məhdudlaşmaması", - deyə C.Qasımzadə vurğulayıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026