Süni intellekt nəhəngləri hökumətlərə tərəfdaşlığa hazırlaşır?

Redaktor

03.07.2026 22:51
28

Süni intellekt nəhəngləri hökumətlərə tərəfdaşlığa hazırlaşır?

"OpenAI"ın baş icraçı direktoru Sem Altmanın ABŞ hökuməti ilə süni intellekt sektorunun gələcəyi ilə bağlı yeni təşəbbüs üzərində işlədiyi bildirilir.

Valyuta.az xəbər verir ki, Altman tənzimləmə proseslərini sadələşdirmək və siyasi maneələri azaltmaq məqsədilə "OpenAI"ın səhmlərinin 5 faizinin ABŞ hökumətinə verilməsini təklif edib.

Bildirilir ki, o, bu təşəbbüsün yalnız "OpenAI"a deyil, həmçinin "Google", "Meta", "Anthropic" və "xAI" kimi aparıcı süni intellekt şirkətlərinə də şamil edilməsinin tərəfdarıdır.

Məlumatda qeyd olunur ki, belə bir təklifin irəli sürülməsinin əsas səbəbi son dövrlərdə Vaşinqtonla texnologiya şirkətləri arasında yaranan fikir ayrılıqları və tənzimləyici məhdudiyyətlərdir.

Nümunə olaraq göstərilir ki, "Anthropic" hökumətin göstərişindən sonra kibertəhlükəsizlik sahəsi üçün hazırladığı "Mythos" və "Fable" modellərinə çıxışı tamamilə dayandırmalı olub.

"OpenAI"ın da oxşar vəziyyətlə üzləşdiyi bildirilir. Şirkətin yeni nəsil "GPT-5.6" modelini geniş ictimaiyyətə təqdim etmək əvəzinə, hökumətin təsdiqlədiyi məhdud istifadəçi qrupu üçün ilkin sınaq rejimində saxladığı qeyd olunur.

Xəbərdə qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp ötən ilin iyun ayında imzaladığı qərarla süni intellekt şirkətlərinə yeni modellərini ictimai istifadəyə təqdim etməzdən 30 gün əvvəl hökumətin qiymətləndirməsinə təqdim etməyi məcburi edib.

Bununla yanaşı, BMT və bəzi siyasi dairələrin süni intellekt sahəsində daha sərt beynəlxalq tənzimləmələrin tətbiqini dəstəklədiyi vurğulanır.

Məqalədə dövlətin texnologiya şirkətlərində pay sahibi olması ideyasının ABŞ üçün tamamilə yeni olmadığı qeyd edilir.

Nümunə kimi "Intel" göstərilir. Bildirilir ki, Tramp administrasiyası daha əvvəl şirkətdə nəzarət mexanizmi yaratmaq məqsədilə onun səhmlərinin 10 faizini dövlətin nəzarətinə götürmüşdü. Donald Tramp həmin payın dəyərinin 2025-ci ildəki 8,9 milyard ABŞ dollarından hazırda 60 milyard ABŞ dollarından çox olduğunu iddia edərək bu siyasəti uğurlu nümunə kimi qiymətləndirib.

Məlumata görə, Sem Altmanın planına əsasən, hökumətə veriləcək 5 faizlik paydan əldə olunacaq gəlirin birbaşa vətəndaşların rifahına yönəldilməsi nəzərdə tutulur. Bu model üçün Alyaska Daimi Fondu nümunə göstərilir.

Bununla belə, "Financial Times" nəşri bildirir ki, təşəbbüs hələ ilkin mərhələdədir və belə genişmiqyaslı tərəfdaşlığın reallaşması üçün ABŞ Konqresinin təsdiqi tələb olunur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt nəhəngləri hökumətlərə tərəfdaşlığa hazırlaşır?

03.07.2026

Zəngilan kəndində tikinti işlərinə 9 milyon manat ayrılıb

03.07.2026

Kreditin sığortası üzrə ödənişlər 44,1% azalıb

03.07.2026

Azərbaycanda zavod işçilərinə güzəştli səhm satmağa başladı

03.07.2026

Avropada istilərdən yaranan iqtisadi itkilər 5 milyard avroya yaxınlaşdı

03.07.2026

2026-cı ilin ən yaxşı 20 oyunu açıqlandı - SİYAHI

03.07.2026

İnternet balansı dəyişir: "Cloudflare" Al botlarını standart olaraq bloklayacaq

03.07.2026

Yoxsul, ac və məqsədyönlü: Milyarder Maykl Li-Çin sərvət qazanmağın əsas prinsipini açıqlayıb

03.07.2026

Karyera eksperti: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin"

03.07.2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır ®

03.07.2026
“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb

“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb

03.07.2026

“CarbonSix” 40 milyon dollar investisiya alıb

03.07.2026

“SOCAR”ın törəmə şirkətinin ixrac gəlirləri 4,2 mln. dollar artıb

03.07.2026

"Rolls-Royce" unikal "Phantom Regatta" modelini təqdim edib

03.07.2026

"HCLTech"in 1,14 milyardlıq müqaviləsi səhmlərini bahalaşdırıb 

03.07.2026

“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib ®

03.07.2026

Yeni "Gulfstream" təyyarəsi sürət və məsafə üzrə dünya rekordları qırdı

03.07.2026

"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"

03.07.2026

40 yaşdan sonra karyerada tükənmişlik niyə artır?

03.07.2026

"Azərişıq" 13,2 milyon manatlıq müqavilə imzalayıb

03.07.2026

Məzənnə

Yüklənir...