Karyera eksperti: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin"

Redaktor

03.07.2026 17:20
26

Karyera eksperti: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin"

İş müsahibəsində göstərdiyiniz performans qədər, müsahibədən sonra atdığınız addımlar da işə qəbul olunma şansınıza təsir edə bilər.

Valyuta.az xəbər verir ki, ABŞ-li karyera məsləhətçisi Beth Hendler-Grunt təşəkkür məktubu və nəzakətli şəkildə göndərilən sonrakı mesajların namizədi digərlərindən fərqləndirən əsas amillərdən biri olduğunu vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə əmək bazarında rəqabətin artdığı dövrdə işəgötürənin diqqətində qalmaq böyük üstünlük yaradır.

Təşəkkür məktubunu 24 saat ərzində göndərin

Ekspert tövsiyə edir ki, müsahibədən sonra ilk 24 saat ərzində təşəkkür məktubu göndərilsin: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin. Məktubda müsahibə üçün təşəkkür edilməli, söhbətdən əldə olunan əsas məqamlar xatırladılmalı, namizədin bacarıqlarının vəzifəyə uyğun olduğu vurğulanmalı və həmin işə maraq bir daha ifadə edilməlidir".

Sonrakı əlaqəni də davam etdirin

Beth Hendler-Grunt hesab edir ki, bir çox namizəd təşəkkür məktubundan sonra əlaqəni kəsir. Halbuki, işəgötürəndən cavab gəlmədiyi halda müəyyən müddət sonra yenidən nəzakətli şəkildə əlaqə saxlamaq namizədin məsuliyyətli və israrlı olduğunu göstərir.

Əgər işəgötürən cavab üçün konkret tarix bildirib, həmin tarix keçdikdən sonra xatırlatma göndərmək məsləhət görülür. Belə məlumat verilməyibsə, həftədə bir dəfə əlaqə saxlamaq kifayət hesab olunur.

Ekspert xüsusilə bir ifadənin təsirli ola biləcəyini qeyd edir: "İsrar etməyimi bağışlayın".

Onun fikrincə, bu sözlər qarşı tərəfə həm onun vaxtına hörmət etdiyinizi, həm də vakansiyaya həqiqətən maraqlı olduğunuzu göstərir. Bu cür yanaşma namizədin peşəkar və məsuliyyətli obrazını gücləndirə bilər.

Hər mesaj yeni dəyər yaratmalıdır

Mütəxəssis vurğulayır ki, sonrakı məktublar yalnız "Qərar verilibmi?" sualından ibarət olmamalıdır. Namizəd şirkətlə bağlı oxuduğu məqalə, dinlədiyi podkast və ya sahəyə aid yeni fikir paylaşaraq söhbətə əlavə dəyər qata bilər.

Keçmiş "Google" rəhbəri Ceni Vud da daha əvvəl CNBC-yə açıqlamasında bildirib ki, təşəkkür məktubunda şirkətin problemlərini necə həll edə biləcəyiniz barədə qısa fikir bölüşmək müsbət təsir yarada bilər.

Dörd məktubdan sonra cavab gəlməzsə...

Beth Hendler-Grunt bildirir ki, bir neçə nəzakətli xatırlatmadan sonra da cavab alınmırsa, təxminən dörd elektron məktubdan sonra diqqəti digər vakansiyalara yönəltmək daha məqsədəuyğundur.

Onun sözlərinə görə, bir çox gənc namizəd işəgötürəni narahat etməkdən çəkinir. Lakin şirkətlərin elektron poçt qutuları çox vaxt yüzlərlə məktubla dolu olur və bəzən diqqət çəkmək üçün nəzakətli israr müsbət nəticə verə bilir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yoxsul, ac və məqsədyönlü: Milyarder Maykl Li-Çin sərvət qazanmağın əsas prinsipini açıqlayıb

03.07.2026

Karyera eksperti: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin"

03.07.2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır ®

03.07.2026
“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb

“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb

03.07.2026

“CarbonSix” 40 milyon dollar investisiya alıb

03.07.2026

“SOCAR”ın törəmə şirkətinin ixrac gəlirləri 4,2 mln. dollar artıb

03.07.2026

"Rolls-Royce" unikal "Phantom Regatta" modelini təqdim edib

03.07.2026

"HCLTech"in 1,14 milyardlıq müqaviləsi səhmlərini bahalaşdırıb 

03.07.2026

“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib ®

03.07.2026

Yeni "Gulfstream" təyyarəsi sürət və məsafə üzrə dünya rekordları qırdı

03.07.2026

"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"

03.07.2026

40 yaşdan sonra karyerada tükənmişlik niyə artır?

03.07.2026

"Azərişıq" 13,2 milyon manatlıq müqavilə imzalayıb

03.07.2026

Süni intellekt investisiyalarının əsas göstəricilərindən biri zəifləyir

03.07.2026

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib ®

03.07.2026
Evdə oyun otağı qurmaq neçəyə başa gəlir?

Evdə oyun otağı qurmaq neçəyə başa gəlir? – Əsas avadanlıqlar və qiymətlər

03.07.2026

"Rabitəbank"dan "PAŞA Kapital"a TRANSFER

03.07.2026

"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?

03.07.2026
Startapınız var, amma investor tapa bilmirsiniz?

Startapınız var, amma investor tapa bilmirsiniz? - Bu seminar sizin üçündür!

03.07.2026

Avropanın ən böyük vençur fondları

03.07.2026

Məzənnə

Yüklənir...