İnternet balansı dəyişir: "Cloudflare" Al botlarını standart olaraq bloklayacaq

Redaktor

03.07.2026 18:32
30

İnternet balansı dəyişir: "Cloudflare" Al botlarını standart olaraq bloklayacaq

"Cloudflare" həm axtarış sistemləri üçün indeksləşdirmə aparan, həm də süni intellekt (Al) modellərinin təlimi məqsədilə məlumat toplayan veb-botlarla bağlı yeni siyasətini açıqlayıb. Şirkət bu cür "qarışıq istifadəli" botları standart olaraq bloklayacağını bildirib.

Valyuta.az xəbər verir ki, əvvəllər sayt sahiblərinə seçim kimi təqdim edilən bu qoruma mexanizmi bundan sonra yeni yaradılan internet saytlarında avtomatik aktivləşdiriləcək.

"Cloudflare"ın baş icraçı direktoru Metyu Prins bildirib ki, internet trafikinin böyük hissəsini artıq insanlar deyil, avtomatlaşdırılmış botlar təşkil edir.

Onun sözlərinə görə, yeni sistem sayt sahiblərinə daha çox nəzarət imkanı verəcək və süni intellekt şirkətlərinin məlumatları hansı məqsədlə topladığını daha şəffaf göstərəcək. Yeni qaydalar 2026-cı il sentyabrın 15-dən qüvvəyə minəcək.

Həmin tarixdən etibarən "Cloudflare"a yeni qoşulan müştərilər və mövcud istifadəçilərin yaratdığı yeni internet saytlarında bu siyasət avtomatik tətbiq olunacaq.

Yeni sistem çərçivəsində axtarış sistemlərinin səhifələri indeksləşdirməsinə icazə veriləcək. Lakin reklam yerləşdirilən səhifələrdən süni intellekt modellərinin təlimi və ya AI agentləri üçün məlumat toplayan botlar standart olaraq bloklanacaq.

Sayt sahiblərinə bu funksiyalar üzrə ayrıca seçim imkanı verməyən, yəni həm indeksləşdirmə, həm də süni intellekt məqsədilə fəaliyyət göstərən botlar da eyni qaydada məhdudlaşdırılacaq.

"Cloudflare"ın ödənişsiz istifadəçiləri də sentyabrın 15-dək ayarlarını dəyişmədikləri halda avtomatik olaraq yeni sistemə keçiriləcəklər.

Şirkət 2025-ci ildə təqdim etdiyi "Pay Per Crawl" modelini də yeniləyərək "Pay Per Use" adlandırıb.

Əvvəlki modeldə süni intellekt şirkətləri saytın məzmununu taradıqda ödəniş edirdi. Yeni modeldə isə ödəniş yalnız həmin məzmun süni intellekt çat-botunun cavabında istifadə olunduğu halda tutulacaq.

"Cloudflare" hazırda bu sistem çərçivəsində "Ceramic.AI" və "You.com" ilə əməkdaşlıq etdiyini, gələcəkdə daha çox süni intellekt şirkətinin layihəyə qoşulmasının gözlənildiyini açıqlayıb. Şirkətin açıqlamasında "Google"a da dolayı tənqid yer alıb.

"Cloudflare" hesab edir ki, dünyanın ən böyük axtarış sistemi digər süni intellekt şirkətləri ilə müqayisədə təxminən iki dəfə çox məlumata çıxış əldə edir. Bunun səbəbi "Googlebot"un həm axtarış nəticələri üçün internet səhifələrini indeksləşdirməsi, həm də "Gemini" və "AI Overviews" kimi süni intellekt xidmətləri üçün məlumat toplamasıdır.

Bildirilir ki, "Google" klassik axtarış üçün "Googlebot"dan əlavə, naşirlərə süni intellekt modellərinin təlimi məqsədilə məzmunlarından istifadəyə məhdudiyyət qoymağa imkan verən "Google-Extended" idarəetmə mexanizmini təqdim edib. Lakin naşirlər məzmunlarının "AI Mode" funksiyasında görünməsini istəyib, eyni zamanda süni intellekt modellərinin təlimində istifadə olunmasını istəmədikdə bunu ayrıca tənzimləyə bilmirlər.

"Cloudflare"ın yeni siyasətinin əsas məqsədi "Google" başda olmaqla eyni botdan həm axtarış, həm də süni intellekt məqsədilə istifadə edən şirkətləri sistemlərini yenidən qurmağa təşviq etməkdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ilin ən yaxşı 20 oyunu açıqlandı - SİYAHI

03.07.2026

İnternet balansı dəyişir: "Cloudflare" Al botlarını standart olaraq bloklayacaq

03.07.2026

Yoxsul, ac və məqsədyönlü: Milyarder Maykl Li-Çin sərvət qazanmağın əsas prinsipini açıqlayıb

03.07.2026

Karyera eksperti: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin"

03.07.2026

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır ®

03.07.2026
“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb

“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb

03.07.2026

“CarbonSix” 40 milyon dollar investisiya alıb

03.07.2026

“SOCAR”ın törəmə şirkətinin ixrac gəlirləri 4,2 mln. dollar artıb

03.07.2026

"Rolls-Royce" unikal "Phantom Regatta" modelini təqdim edib

03.07.2026

"HCLTech"in 1,14 milyardlıq müqaviləsi səhmlərini bahalaşdırıb 

03.07.2026

“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib ®

03.07.2026

Yeni "Gulfstream" təyyarəsi sürət və məsafə üzrə dünya rekordları qırdı

03.07.2026

"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"

03.07.2026

40 yaşdan sonra karyerada tükənmişlik niyə artır?

03.07.2026

"Azərişıq" 13,2 milyon manatlıq müqavilə imzalayıb

03.07.2026

Süni intellekt investisiyalarının əsas göstəricilərindən biri zəifləyir

03.07.2026

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib ®

03.07.2026
Evdə oyun otağı qurmaq neçəyə başa gəlir?

Evdə oyun otağı qurmaq neçəyə başa gəlir? – Əsas avadanlıqlar və qiymətlər

03.07.2026

"Rabitəbank"dan "PAŞA Kapital"a TRANSFER

03.07.2026

"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?

03.07.2026

Məzənnə

Yüklənir...