Redaktor
Azərbaycanda zavod işçilərinə güzəştli səhm satmağa başladı
“Azneftkimyamaş-Balaxanı Maşınqayırma Zavodu” ASC səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır.
Valyuta.az xəbər verir ki, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 1 696 100 manat təşkil edir.
Müəssisə üzrə ümumilikdə 848 050 ədəd səhm buraxılıb. Onlardan 127 208 ədədi əmək kollektivinə güzəştli satışa çıxarılıb. Bir səhmin nominal dəyəri 2 manatdır.
Özəlləşdirmə komissiyasının elanına əsasən, əsas iş yeri həmin müəssisə olan işçilər, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəssisəyə əvvəlki iş yerinə qayıtmaq hüququna malik şəxslər, müəssisədə yeddi ildən çox çalışaraq oradan təqaüdə çıxmış əməkdaşlar, həmçinin 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad edilmiş və işsiz statusu almış şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər.
Güzəştli satış üzrə sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 14 avqust-7 sentyabr 2026-cı il tarixlərində qəbul ediləcək.
Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərinin və onlara bərabər tutulan şəxslərin "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya şirkətlərində depo hesabı açmaları tələb olunur.
Güzəştli satışın yekunlarını təsdiq etmək məqsədilə 7 sentyabr 2026-cı il tarixində müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Yekun sənədlər daha sonra Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə təqdim ediləcək.
Qeyd olunur ki, müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadığı halda, həmin səhmlər qanunvericiliyin tələblərinə uyğun qaydada istifadə ediləcək.
Güzəştli satış zamanı yeganə ödəniş vasitəsi Azərbaycan manatı olacaq.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellekt nəhəngləri hökumətlərə tərəfdaşlığa hazırlaşır?
03.07.2026Zəngilan kəndində tikinti işlərinə 9 milyon manat ayrılıb
03.07.2026Kreditin sığortası üzrə ödənişlər 44,1% azalıb
03.07.2026Azərbaycanda zavod işçilərinə güzəştli səhm satmağa başladı
03.07.2026Avropada istilərdən yaranan iqtisadi itkilər 5 milyard avroya yaxınlaşdı
03.07.20262026-cı ilin ən yaxşı 20 oyunu açıqlandı - SİYAHI
03.07.2026İnternet balansı dəyişir: "Cloudflare" Al botlarını standart olaraq bloklayacaq
03.07.2026Yoxsul, ac və məqsədyönlü: Milyarder Maykl Li-Çin sərvət qazanmağın əsas prinsipini açıqlayıb
03.07.2026Karyera eksperti: "İş müsahibəsindən sonra əlaqəni kəsməyin"
03.07.2026Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır ®
03.07.2026