Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək

Redaktor

10.07.2026 20:47
39

Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək

Son dövrlər əhali arasında velosiped və skuterlərdən istifadəyə maraq xeyli artıb. Məhz bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müasir şəhər konsepsiyası çərçivəsində velosiped zolaqları şəbəkəsinin yaradılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində intensiv işlər həyata keçirilir.

AYNA-dan verilən məlumata görə, paytaxtın mikromobillik infrastrukturu mütəmadi olaraq təkmilləşdirilir. Artıq mərkəzi küçələri əhatə edən tam dövrəli velosiped yolu istifadəyə verilib və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə paytaxtda işıqforlarda xüsusi velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

Bəs kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənləri hansı cərimələr gözləyir? 

Qanunvericiliyə əsasən, skuter və bu qəbildən olan kiçik elektrik nəqliyyat vasitələrini yalnız 14 yaşdan yuxarı şəxslər idarə edə bilər. Bu vasitələrlə yol hərəkəti qaydalarının pozulmasına görə sürücüləri 40 manat məbləğində cərimə gözləyir. Əgər qayda pozuntusu nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya maddi ziyan vurularsa, cərimənin məbləği 100 manatdan 150 manatadək müəyyən edilir.

Sürücülərin sərxoş vəziyyətdə xəta törətməsinə görə də sərt sanksiyalar nəzərdə tutulub. Belə ki, qaydaların pozulması alkoqoldan istifadə nəticəsində törədilərsə 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Bununla yanaşı, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış xüsusi parklanma yerlərindən kənarda saxlanılmasına görə 10 manat cərimə ödənilməlidir.

Yeni qaydalar skuter icarəsi ilə məşğul olan operatorları (şirkətləri) da yaxından şamil edir. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verilməsinə görə şirkətlər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər. Əgər bu nasazlıq hər hansı bir şəxsin sağlamlığına yüngül xəsarət yetirilməsi və ya maddi ziyan vurulması ilə nəticələnərsə, operatorlar üçün cərimə sanksiyası 1000 manatdan 1200 manatadək yüksələcək.

Velosiped yollarının kənar əşyalarla qanunsuz olaraq bağlanması da cəriməsiz ötüşməyəcək. Bu yollarda materialların yığılması və predmetlərin saxlanılması ilə hərəkətə maneə yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunacaqlar.

©Modern.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Netflix" 24/7 yayımlanacaq canlı TV kanalları yaratmağa hazırlaşır

10.07.2026

Hindistandan smartfon istehsalında yeni mərhələ

10.07.2026

İlon Mask və Ceff Bezos bu qaydaya əməl edir: "Dörd ocaq gözü" nədir?

10.07.2026

İqtisadi Şuranın iclası keçirilib- Nəyi müzakirə etdilər?

10.07.2026

DSK: Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

10.07.2026

Kompüter satışları azalır, gəlirlər isə artır: Səbəb nədir?

10.07.2026

500-dən çox startapa investisiya edən investor təsisçilərin ən böyük səhvini açıqladı

10.07.2026

Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək

10.07.2026

Afət Seyidzadəyə vəzifə verildi

10.07.2026

"Google Xəritələr" Cənubi Koreyada niyə tam işləmir?

10.07.2026

"Bright Data" 1 milyon dollarlıq bug bounty proqramı elan edib

10.07.2026
"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi

"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi

10.07.2026

Ən bahalı kral və məşhur toyları

10.07.2026

20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb

10.07.2026

Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"

10.07.2026

İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur

10.07.2026

“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb

10.07.2026

Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır

10.07.2026

Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu

10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var?

Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!

10.07.2026

Məzənnə

Yüklənir...