"Netflix" 24/7 yayımlanacaq canlı TV kanalları yaratmağa hazırlaşır

Redaktor

10.07.2026 23:25
150

"Netflix" 24/7 yayımlanacaq canlı TV kanalları yaratmağa hazırlaşır

"Netflix" istifadəçi aktivliyini artırmaq üçün 24 saat fasiləsiz yayımlanacaq canlı televiziya kanallarını istifadəyə verməyi nəzərdən keçirir.

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, yeni xidmət sayəsində istifadəçilər konkret film və ya serial seçmək əvəzinə, günün istənilən vaxtı fasiləsiz yayımlanan kanallara qoşula biləcəklər. Bu addım "Netflix"i Pluto TV" və "Tubi" kimi pulsuz, reklam dəstəkli yayım platformaları ilə daha birbaşa rəqabətə çıxara bilər.

Bildirilir ki, şirkət eyni zamanda "Apple" və "Amazon"un təklif etdiyi paket xidmətlərinə bənzər abunə modellərini də araşdırır. Müzakirə olunan potensial tərəfdaşlar arasında "Peacock" platformasının da olduğu qeyd edilir.

"Netflix" hələlik bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, şirkət son aylarda istifadəçi marağını artırmaq üçün qısa videolar, video podkastlar və uşaqlar üçün oyun tətbiqi kimi yeni məhsulları da sınaqdan keçirir. Bundan əlavə, mediada yayılan məlumatlara görə, "Netflix" film həvəskarları üçün nəzərdə tutulan Letterboxd platformasını satın almaq imkanını da dəyərləndirir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Netflix" 24/7 yayımlanacaq canlı TV kanalları yaratmağa hazırlaşır

10.07.2026

Hindistandan smartfon istehsalında yeni mərhələ

10.07.2026

İlon Mask və Ceff Bezos bu qaydaya əməl edir: "Dörd ocaq gözü" nədir?

10.07.2026

İqtisadi Şuranın iclası keçirilib- Nəyi müzakirə etdilər?

10.07.2026

DSK: Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

10.07.2026

Kompüter satışları azalır, gəlirlər isə artır: Səbəb nədir?

10.07.2026

500-dən çox startapa investisiya edən investor təsisçilərin ən böyük səhvini açıqladı

10.07.2026

Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək

10.07.2026

Afət Seyidzadəyə vəzifə verildi

10.07.2026

"Google Xəritələr" Cənubi Koreyada niyə tam işləmir?

10.07.2026

"Bright Data" 1 milyon dollarlıq bug bounty proqramı elan edib

10.07.2026
"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi

"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi

10.07.2026

Ən bahalı kral və məşhur toyları

10.07.2026

20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb

10.07.2026

Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"

10.07.2026

İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur

10.07.2026

“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb

10.07.2026

Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır

10.07.2026

Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu

10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var?

Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!

10.07.2026

Məzənnə

Yüklənir...