Redaktor
Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
Almaniyada fəaliyyət göstərən robot texnologiyaları startapı "microagi" Almaniya tarixinin ən böyük seed investisiya raundlarından biri hesab olunan 55 milyon ABŞ dolları həcmində maliyyə cəlb etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət bu vəsaiti sənaye müəssisələrində robotların tətbiqini sürətləndirən "Atlas" platformasının genişləndirilməsinə yönəldəcək.
Platforma zavodlarda robotların daha sürətli, təhlükəsiz və dəqiq şəkildə istehsal prosesinə inteqrasiyasını təmin edir.
İnvestisiya raunduna "Hummingbird" rəhbərlik edib. Maliyyələşmə şirkətin keçmiş "Red Bull Racing" və "Mercedes-AMG Petronas Formula One Team" mühəndisləri tərəfindən təsis edilməsindən təxminən 10 ay sonra baş tutub.
Avropa niyə robotlaşdırmanı sürətləndirməyə çalışır?
"microagi" hesab edir ki, Avropa sənayesi eyni vaxtda üç əsas problemlə üzləşib: istehsalın azalması, ixtisaslı işçi qüvvəsinin çatışmazlığı və artan xərclər.
Şirkətin təqdim etdiyi məlumata görə, Avropanın qlobal istehsaldakı payı hazırda 15%-ə enib, Çinin payı isə 30%-ə yüksəlib. Eyni zamanda, Avropa İttifaqında təxminən 40 milyon işçinin yaşı 55-dən yuxarıdır və onların təqaüdə çıxması ilə sənayedə böyük təcrübə itkisi gözlənilir.
Robot texnologiyalarının tətbiqində də fərq nəzərə çarpır. Çin 2024-cü ildə zavodlarda 295 min robot quraşdırıb ki, bu da dünya üzrə ümumi göstəricinin 54 faizini təşkil edir. Avropa isə həmin dövrdə cəmi 85 min robot quraşdırıb və qlobal göstəricidə payı 16 faiz olub.
"microagi"nin təsisçisi və baş icraçı direktoru Bercan Kılıç bildirib ki, qarşıdakı 12-18 ay Avropa sənayesi üçün həlledici dövr olacaq.
"Avropa süni intellekt sahəsində etdiyi tərəddüdü robot texnologiyalarında təkrarlaya bilməz. Ən təcrübəli əməkdaşlar bu onillikdə təqaüdə çıxacaq və onların yerini tutacaq kifayət qədər yeni mütəxəssis yoxdur".
"microagi" şirkət robot istehsal etmir. O, zavodlarda istifadə olunan robotların real istehsal proseslərinə daha sürətli uyğunlaşmasını təmin edən proqram platforması hazırlayır.
Şirkətin "Atlas" platforması müəssisənin istehsal məlumatlarını toplayır, onları təhlükəsiz şəkildə emal edir və süni intellekt modellərini konkret zavodun iş prosesinə uyğunlaşdırır. Daha sonra mühəndislər və tərəfdaş şirkətlər robotları istehsalat sahəsinə inteqrasiya edir.
Bu yanaşma müəssisələrə məhsul vahidinə düşən xərcləri azaltmağa, istehsal xətlərinin fasiləsiz işləməsini təmin etməyə və hər hansı bir robot istehsalçısından və ya model təminatçısından asılılığı minimuma endirməyə imkan verir.
Qeyd edək ki, "microagi" 2025-ci ildə təsis olunub. Şirkətin baş qərargahı Münhendə, tədqiqat mərkəzi isə Sürixdə yerləşir. Bundan başqa, London və Nyu-Yorkda da ofisləri fəaliyyət göstərir.
Xatırladaq ki, Bercan Kılıç 2023-cü ildə "Red Bull Racing" Formula 1 komandasında aerodinamika mühəndisi kimi işləyib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb
“Spotify” təsisçisinin “Neko Health” startapı ABŞ-da klinikalar açacaq
İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP
Azərbaycanlının startapı 100 min dollar investisiya alıb
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026