“Spotify” təsisçisinin “Neko Health” startapı ABŞ-da klinikalar açacaq

Redaktor

16.07.2026 09:01
171

“Spotify” təsisçisinin “Neko Health” startapı ABŞ-da klinikalar açacaq

“Spotify”ın təsisçisi Daniel Ekin bədən skanlama üzrə “Neko Health” startapı 700 milyon dollarlıq yeni maliyyələşmə raundundan sonra ABŞ bazarına çıxmağa hazırlaşır. Valyuta.az-ın verdiyi xəbərə görə, şirkət bu il Nyu-Yorkda ilk klinikasını açmağı, daha sonra isə ölkə üzrə sürətlə genişlənməyi planlaşdırır.

“Neko Health” özəl klinikalarında süni intellekt və xüsusi tibbi avadanlıqlardan istifadə etməklə tam bədən skanları və qan analizləri təqdim edir. Bu müayinələr dəri xərçəngi, ürək-damar xəstəlikləri və diabet kimi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına yönəlib. Şirkətin məqsədi xəstəliklərin qarşısının alınmasına töhfə vermək və insanların sağlam ömür müddətini artırmaqdır.

Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Hyalmar Nilsonne (Hjalmar Nilsonne) bildirib ki, yeni maliyyələşmə “Neko Health”ə bu missiyanı ilk dəfə ABŞ-da, o cümlədən Nyu-York və digər şəhərlərdə həyata keçirməyə imkan verəcək. Digər klinikaların açılış tarixləri və yerləşəcəyi məkanlar hələ açıqlanmayıb. Bununla belə, Nyu-York klinikası üçün şirkətin rəsmi saytında artıq gözləmə siyahısı yaradılıb. Ayrılan vəsait həmçinin şirkətin profilaktik tibbi xidmətləri geniş miqyasda əlçatan etməyə yönəlmiş texnologiyalarının tədqiqat və inkişafına sərf olunacaq.

2018-ci ildə təsis edilən “Neko Health” 2023-cü ildən etibarən profilaktik səhiyyə və fərdiləşdirilmiş tibbi testlər sahəsində fəaliyyətini genişləndirən şirkətlər sırasına qoşulub. Bu istiqamətə marağın artması uzunömürlülük texnologiyalarına diqqətin yüksəlməsi və ənənəvi səhiyyə sistemlərinin əsasən simptomlar meydana çıxdıqdan sonra müdaxilə etməsi ilə əlaqələndirilir.

Şirkətin məlumatına görə, “Neko Health” hazırda Böyük Britaniya və İsveçdə səkkiz klinika fəaliyyət göstərir. Onlardan dördü Londonda, ikisi Stokholmda yerləşir. Tam bədən skanının qiyməti Böyük Britaniyada 299 funt sterlinq, İsveçdə isə 2 750 İsveç kronudur. Bu məbləğlər təxminən müvafiq olaraq 400 və 285 ABŞ dollarına bərabərdir. ABŞ-dakı klinikalar üçün qiymətlər hələ açıqlanmayıb.

Şirkət mövcud klinikalarında yüksək tələbatla üzləşdiyini bildirir. “Neko Health”in məlumatına əsasən, 350 mindən çox insan skan üçün gözləmə siyahısına qoşulub və ya qeydiyyatdan keçib, 100 mindən çox şəxs isə artıq müayinədən keçib.

Son maliyyələşdirmə raundunda yeni investorlar arasında musiqiçi will.i.am, tennisçi Mariya Şarapova (Maria Sharapova), “Meta”nın rəhbəri Mark Zukerberq (Mark Zuckerberg) və həyat yoldaşı Prissilla Çan (Priscilla Chan), həmçinin keçmiş futbolçu Tyerri Anri (Thierry Henry) yer alıb. Mövcud investorlar sırasında “Reddit”in həmtəsisçisi Aleksis Ohanyan (Alexis Ohanian) və aktrisa Zoe Saldana (Zoë Saldaña) da var.

“Neko Health” şirkətin yeni bazar dəyərini açıqlamayıb. Lakin “Financial Times” nəşrinin istinad etdiyi mənbələrə görə, şirkətin dəyəri təxminən 1,8 milyard dollar təşkil edir. (düzəliş edildi) Şirkət bundan əvvəl, 2025-ci ilin əvvəlində 260 milyon dollar həcmində investisiya cəlb etmişdi.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Smartfon istehsalçıları niyə çıxarıla bilən batareyalardan imtina etdi?

16.07.2026

Qadın sahibkarlar süni intellektdən daha az istifadə etsələr də, daha çox fayda əldə edirlər

16.07.2026

"Google Play" alternativ tətbiq mağazalarının yüklənməsinə icazə verəcək

16.07.2026

Devid Bekhemin startapı 1 milyard investisiya əldə edib

16.07.2026

Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi - Üstünlükləri nədir?

16.07.2026

Məşhur brend Avropanı tərk edir: İstifadəçilər üçün nə dəyişəcək?

16.07.2026

Qusar yollarının təmiri üçün büdcədənkənar vəsait hesabına satınalma elan edilib

16.07.2026

"Uber" "Glovo"nun sahibini 13 milyard avroya satın alır

16.07.2026

Hər bir startapçının oxumalı olduğu 10 kitab

16.07.2026

“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

16.07.2026

Meta-da böyük qalmaqal: işçilər ixtisar alqoritmlərinə görə şirkəti məhkəməyə verdi

16.07.2026

Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

16.07.2026

Passiv, yoxsa aktiv investor olmaq daha sərfəlidir?

16.07.2026

Azərbaycanda ən çox sığortalanan əmlak növləri

16.07.2026

Kodlaşdırma köməkçisi həssas məlumatları bulud sisteminə yükləyə bilər

16.07.2026

Azərbaycan mobil internet sürətinə görə 5 pillə irəlilədi

16.07.2026

"Microsoft" satış komandalarını "OpenAI" və "Anthropic"ə qarşı hazırlayır

16.07.2026

"Unibank"ın avro valyutasında depozitləri 1,8 milyon manat azalıb

16.07.2026

“Bank VTB”nin mənfəəti azalıb, ikinci rübü 336,9 milyon manat aktivlə yekunlaşdırıb

16.07.2026

"Hyundai" "Boston Dynamics"ın tamamını satın alır

16.07.2026

Məzənnə

Yüklənir...