ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər

Redaktor

24.07.2026 10:24
64

ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər

ABŞ Senatına təqdim olunan qanun layihəsi "Mercedes-Benz"ə ciddi zərbə vura bilər.

Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. "Mercedes"də məhz belə bir vəziyyət yaranıb.

"Mercedes" səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li Şufuya məxsusdur. Lakin "Mercedes" hesab edir ki, ABŞ qanun layihəsinin şamil edildiyi subyektlərə aid deyil, çünki heç bir fərdi çinli səhmdar 10%-dən çox paya sahib deyil.

İri səhmdarlar Müşahidə Şurasında təmsil olunmurlar və şirkətin idarə edilməsi ilə bağlı qərarlar qəbul edə bilməzlər. Bundan əlavə, "Mercedes" ABŞ üçün öz əhəmiyyətini də qeyd edib: Bu ölkədə, təxminən 160 000 iş yeri, o cümlədən Taskalusa (Alabama ştatı) və Çarlstondakı (Cənubi Karolina ştatı) iki müəssisə bu konserndən asılıdır.

ABŞ "Mercedes" üçün ikinci ən böyük satış bazarıdır. Qanun layihəsi şəbəkəyə qoşulmuş, yəni GPS, "Wi-Fi" və ya mobil rabitə ilə təchiz olunmuş avtomobillərə şamil edilir.

Respublikaçılar bu məlumatların Çin dövlətinin əlinə keçə biləcəyindən ehtiyatlanırlar. "Volkswagen" və "BMW" də Çin tədarükçüləri ilə sıx əməkdaşlıq etdiklərinə görə yeni tənzimləmənin təsiri altına düşə bilərlər.

©oxu.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub

24.07.2026

"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək

24.07.2026

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

24.07.2026

Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb

24.07.2026

Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI

24.07.2026
Hansı banka əmanət qoymaq daha çox qazandırır?

Hansı banka əmanət qoymaq daha çox qazandırır? - CƏDVƏL, MÜQAYİSƏ

24.07.2026

Sığorta şirkətlərinin investisiya gəlirləri bəlli oldu

24.07.2026

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

24.07.2026

Xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?

24.07.2026

"Bitcoin" Təhlükəsizlik Birliyi yaradıldı

24.07.2026

Bakının mərkəzində aylıq dövriyyəsi 25 min manatı keçən biznes satışa çıxarılıb

24.07.2026

"Mobileye"nin baş direktoru şirkətin robotaksi və robot texnologiyalarına keçid dövründə vəzifəsindən ayrılacaq

24.07.2026

ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər

24.07.2026

"Qala Sığorta"nın xalis mənfəət 48% azalıb.

24.07.2026

BMW ABŞ-də yüzminlərlə avtomobilini geri çağırır

24.07.2026

Məzənnə

Yüklənir...