Redaktor
Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
Süni intellekt əsaslı sığorta həlləri təqdim edən ABŞ-nin "Corgi" startapı 4 milyard dollar dəyərləmə ilə növbəti investisiya raundunu tamamlayıb.
Valyuta.az xəbər verir ki, bu, şirkətin son 8 həftə ərzində keçirdiyi üçüncü investisiya raundudur. İnvestisiyanın həcmi açıqlanmasa da, raundun artıq başa çatdığı bildirilir. Şirkət məsələ ilə bağlı şərh verməkdən imtina edib.
"Y Combinator"un məzunu olan "Corgi" bu ilin yanvarında 108 milyon dollar, mayın əvvəlində isə 1,3 milyard dollar dəyərləmə ilə 160 milyon dollar investisiya cəlb edib. Cəmi üç həftə sonra şirkət 2,6 milyard dollar dəyərləmə ilə daha 106 milyon dollar topladığını açıqlayıb.
Mənbələrin bildirdiyinə görə, şirkətin dəyərinin qısa müddətdə sürətlə artmasının əsas səbəbi gəlirlərindəki yüksəlişdir. "Corgi" ilin əvvəlində illik hesabla 40 milyon dollarlıq gəlir əldə etdiyini açıqlayıb. İlin sonuna qədər isə bu göstəricinin 450 milyon dollara çatacağı gözlənilir.
Startap süni intellekt vasitəsilə sığorta qiymətləndirilməsi, sığorta təkliflərinin hazırlanması və zərər ödənişlərinin daha sürətli həyata keçirilməsi xidmətlərini təqdim edir. Bundan əlavə, şirkət son dövrlərdə məlumat otağı (data room) proqram təminatı və 24 saat fəaliyyət göstərən qəhvəxanalar da açaraq fəaliyyət sahəsini genişləndirib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026