Redaktor
Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
2026-cı il iyulun 1-nə olan məlumata görə, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 23,9%-ini qadınlar, 76,1%-ini isə kişilər təşkil edib.
Valyuta.az xəbər verir ki, qadın sahibkarlar ən çox kənd təsərrüfatı (145 min 319 nəfər), ticarət və nəqliyyat vasitələrinin təmiri (61 min 656 nəfər), digər xidmət sahələri (52 min 275 nəfər) və ev təsərrüfatlarının fəaliyyəti (17 min 66 nəfər) üzrə qeydə alınıb.
Ən az qadın sahibkar isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (6 nəfər), mədənçıxarma sənayesi (75 nəfər) və su təchizatı, tullantıların toplanması və emalı (95 nəfər) sahələrində fəaliyyət göstərib.
| Fəaliyyət növləri | Qadınlar (sayı) |
|---|---|
| Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 145319 |
| Mədənçıxarma sənayesi | 75 |
| Emal sənayesi | 7524 |
| Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 6 |
| Su təchizatı; tullantıların toplanması və emalı | 95 |
| Tikinti | 1186 |
| Ticarət; nəqliyyat vasitələrinin təmiri | 61656 |
| Nəqliyyat və anbar təsərrüfatı | 6451 |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 9738 |
| İnformasiya və rabitə | 3521 |
| Maliyyə və sığorta fəaliyyəti | 1088 |
| Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 6404 |
| Peşə, elmi və texniki fəaliyyət | 12747 |
| İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 10334 |
| Təhsil | 13866 |
| Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 3005 |
| İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 3586 |
| Digər sahələrdə xidmətlərin göstərilməsi | 52275 |
| Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlər | 17066 |
| 24.07.2026 |
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026