“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

Redaktor

24.07.2026 11:59
146

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

Beynəlxalq reytinq agentliyi Moody’s Ratings Kapital Bank-ın Ba2 uzunmüddətli depozit reytinqini, ba3 səviyyəsində əsas kredit qiymətləndirməsini (Baseline Credit Assessment – BCA) və müsbət proqnozunu (Positive Outlook) təsdiqləyib. Bu qərar bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.

Agentliyin qiymətləndirməsinə əsasən, reytinq bankın güclü aktiv keyfiyyəti, yüksək gəlirliliyi, bazar maliyyələşməsindən məhdud asılılığa malik dayanıqlı maliyyələşmə bazası və yüksək likvidlik səviyyəsi ilə əsaslandırılır.

Moody’s bankın gəlirliliyinin növbəti 12–18 ay ərzində də ümumilikdə sabit qalacağını gözləyir. Agentliyin rəyinə görə, kredit portfeli üzrə gəlirliliyin artması və komissiya gəlirlərinin yüksəlməsi bankın maliyyə nəticələrini dəstəkləməyə davam edəcək. Eyni zamanda, risklə ölçülmüş aktivlərin artım tempinin yavaşıması kapital mövqeyi üzərindəki təzyiqi azaldacaq.

Moody’s, həmçinin, Kapital Bank-ın Azərbaycanın aktivlər üzrə ikinci ən böyük bankı olduğunu, kreditlər və müştəri depozitləri bazarında əhəmiyyətli paya malik olduğunu vurğulayıb. Agentlik bankın uzunmüddətli depozit reytinqi üzrə müsbət proqnozunu Azərbaycanın suveren reytinqi üzrə müsbət proqnoz və bankın fəaliyyət göstərdiyi əlverişli əməliyyat mühiti ilə əlaqələndirib.

Ümumilikdə, Moody’sin qiymətləndirməsi Kapital Bank-ın güclü maliyyə göstəricilərini və bazardakı mövqeyini əks etdirir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub

24.07.2026

"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək

24.07.2026

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

24.07.2026

Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb

24.07.2026

Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI

24.07.2026
Hansı banka əmanət qoymaq daha çox qazandırır?

Hansı banka əmanət qoymaq daha çox qazandırır? - CƏDVƏL, MÜQAYİSƏ

24.07.2026

Sığorta şirkətlərinin investisiya gəlirləri bəlli oldu

24.07.2026

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

24.07.2026

Xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?

24.07.2026

"Bitcoin" Təhlükəsizlik Birliyi yaradıldı

24.07.2026

Bakının mərkəzində aylıq dövriyyəsi 25 min manatı keçən biznes satışa çıxarılıb

24.07.2026

"Mobileye"nin baş direktoru şirkətin robotaksi və robot texnologiyalarına keçid dövründə vəzifəsindən ayrılacaq

24.07.2026

ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər

24.07.2026

"Qala Sığorta"nın xalis mənfəət 48% azalıb.

24.07.2026

BMW ABŞ-də yüzminlərlə avtomobilini geri çağırır

24.07.2026

Məzənnə

Yüklənir...