Redaktor
"Bitcoin" Təhlükəsizlik Birliyi yaradıldı
"BlackRock", "Coinbase", "Fidelity Digital Assets", "Strategy", "Blockstream" və digər aparıcı şirkətlər "Bitcoin" şəbəkəsinin uzunmüddətli təhlükəsizliyini gücləndirmək məqsədilə Bitcoin Təhlükəsizlik Konsorsiumu yaradıb.
Valyuta.az xəbər verir ki, konsorsium ( eyni məqsəd naminə bir neçə şirkətin, təşkilatın və ya qurumun bir araya gələrək əməkdaşlıq etdiyi birlikdir) üzvləri qarşıdakı üç il ərzində "Bitcoin"in təhlükəsizliyi üzərində çalışan tərtibatçı və tədqiqatçıların dəstəklənməsi üçün ümumilikdə 15 milyon dollar vəsait ayırmağı öhdələrinə götürüblər. Hər bir üzv maliyyənin hansı layihəyə yönəldiləcəyinə müstəqil qərar verəcək.
Konsorsiumun əsas məqsədlərindən biri "Bitcoin"in təhlükəsizliyi ilə bağlı etibarlı məlumatların ictimaiyyətə çatdırılmasıdır. Qeyd olunub ki, qurum "Bitcoin" protokolunun inkişafına müdaxilə etməyəcək və konkret dəyişiklikləri dəstəkləməyəcək.
Konsorsiumun ilk prioritet istiqaməti isə gələcəkdə kvant kompüterlərinin "Bitcoin"in kriptoqrafik sistemləri üçün yarada biləcəyi risklərə qarşı hazırlıq olacaq. Bildirilir ki, hazırda belə təhlükə yaradacaq gücdə kvant kompüterləri mövcud olmasa da, kvant sonrası kriptoqrafik müdafiə mexanizmlərinin hazırlanması uzunmüddətli prioritet hesab edilir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026