Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

Redaktor

24.07.2026 14:29
54

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

Azərbaycanda süni intellektin ipoteka kreditləşmə prosesinə tətbiqi planlaşdırılır.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, fondun əsas hədəflərindən biri dövlətin strateji prioritetlərinə uyğun olaraq xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirməkdir: "Dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində müxtəlif qanunvericilik təşəbbüsləri və tədbirlər planları Prezidentin sərəncamları ilə təsdiqlənib. 2026–2028-ci illər üzrə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının sürətləndirilməsinə dair tədbirlər planından irəli gələn vəzifələrə uyğun olaraq Fond da müvafiq tədbirlərin icrasını həyata keçirir. Əsas hədəflər rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi, süni intellekt həllərinin ipoteka kreditləşdirilməsi, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə tətbiqi, vətəndaşlardan tələb olunan sənədlərin toplanması yükünün faktiki olaraq 0-a endirilməsi, xidmətlərdə fiziki təmasın minimuma endirilməsi və yaşayış maliyyəsi alətlərinin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə Fond beynəlxalq təcrübəni öyrənir və Azərbaycanın mövcud iqtisadi reallıqları nəzərə alınmaqla qeyd olunan istiqamətlər üzrə işləri davam etdirir".

Bundan başqa, Fond rəsmisi deyib ki, müvafiq dövlət qurumları ilə inteqrasiya ilə bağlı danışıqlar gedir: "Fondun operatoru olduğu Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə göstərilən xidmətlər üzrə müxtəlif dövlət qurumları ilə inteqrasiya təmin edilib. Hazırda sistem 8 dövlət qurumu ilə aktiv məlumat mübadiləsi aparır. Növbəti dövrlərdə bu sayın artırılması nəzərdə tutulur və bununla bağlı müvafiq dövlət qurumları ilə danışıqlar davam etdirilir".

"Bəzən mediada kreditləşmə prosesində sənədləşmə ilə bağlı çox sayda sənəd tələb olunduğu barədə xəbərlər yayılır. Lakin reallıq fərqlidir. İpoteka və Kredit Zəmanət Fondu ölkədə elektronlaşma və rəqəmsallaşma sahəsində xidmətlərini ilk elektronlaşdıran qurumlardan biridir. Fond hələ 2013-cü ildən etibarən bir çox xidmətlərini elektron formada təqdim edir. Bu baxımdan Fond Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə xidmətlərini göstərən pioner qurumlardan biridir. Tələb olunan sənədlər də dəfələrlə sadələşdirilib. Hazırda sənədlərin böyük əksəriyyəti elektron sistem vasitəsilə əldə olunur. Bu səbəbdən vətəndaşların sənədləri fiziki olaraq banka təqdim etməsi artıq çox aşağı səviyyədədir. Fond növbəti dövrlərdə də fiziki təmasın minimuma endirilməsi istiqamətində işləri davam etdirəcək", - deyə R.Abdullayev əlavə edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub

24.07.2026

"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək

24.07.2026

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

24.07.2026

Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb

24.07.2026

Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI

24.07.2026
Hansı banka əmanət qoymaq daha çox qazandırır?

Hansı banka əmanət qoymaq daha çox qazandırır? - CƏDVƏL, MÜQAYİSƏ

24.07.2026

Sığorta şirkətlərinin investisiya gəlirləri bəlli oldu

24.07.2026

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

24.07.2026

Xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?

24.07.2026

"Bitcoin" Təhlükəsizlik Birliyi yaradıldı

24.07.2026

Bakının mərkəzində aylıq dövriyyəsi 25 min manatı keçən biznes satışa çıxarılıb

24.07.2026

"Mobileye"nin baş direktoru şirkətin robotaksi və robot texnologiyalarına keçid dövründə vəzifəsindən ayrılacaq

24.07.2026

ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər

24.07.2026

"Qala Sığorta"nın xalis mənfəət 48% azalıb.

24.07.2026

BMW ABŞ-də yüzminlərlə avtomobilini geri çağırır

24.07.2026

Məzənnə

Yüklənir...