Redaktor
Xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?
Azərbaycanda fəaliyyət göstərən xarici vətəndaşlara məxsus şirkətlərlə tez-tez rastlaşırıq. Həmçinin? müxtəlif sahələrdə öz biznesini qurmaq üçün ölkəmizə gələn xarici sahibkarlar haqqında məlumatlar eşidirik. Xarici ölkədə biznes qurmaq isə təkcə biznes ideyası ilə məhdudlaşmır.
Bunun üçün hər bir ölkənin qanunvericiliyinə uyğun müəyyən hüquqi və inzibati prosedurlardan keçmək tələb olunur. Azərbaycan da bu baxımdan xarici vətəndaşlar üçün müəyyən qaydalar və prosedurlar müəyyən edib.
Bəs xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?
Korporativ hüquqşünas Taleh Rzayev Valyuta.az-a bildirib ki, Azərbaycan qanunvericiliyi xarici investorlar və sahibkarlar üçün açıq hüquqi rejim nəzərdə tutur:
"Xarici vətəndaşlar bu sahədə Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər və yerli tərəfdaş olmadan şirkətin 100% payına sahib ola bilərlər. Xarici sahibkarlar üçün ən çox seçilən hüquqi forma Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). Bu model həm idarəetmə baxımından çevikdir, həm də qeydiyyat prosedurları nisbətən sadədir. Qanunvericiliyə əsasən, MMC yaratmaq üçün minimum nizamnamə kapitalı tələbi yoxdur və şirkət hətta 1 manat nizamnamə kapitalı ilə də təsis edilə bilər. Xarici vətəndaş eyni zamanda həm təsisçi, həm direktor kimi fəaliyyət göstərə bilər".
Ekspert qeyd edib ki, şirkətin yaradılması bir neçə əsas mərhələdən ibarətdir:
"İlk olaraq xarici pasportun Azərbaycan dilinə notarial qaydada tərcümə edilməsi və təsisçi üçün Fərdi İdentifikasiya Nömrəsinin (FİN) əldə olunması tələb edilir. Daha sonra şirkətin hüquqi ünvanı müəyyənləşdirilir və təsis sənədləri hazırlanaraq Dövlət Vergi Xidmətinə təqdim olunur. Dövlət qeydiyyatı tamamlandıqdan sonra şirkətə Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir. Növbəti mərhələdə şirkətin fəaliyyəti üçün Asan İmza aktivləşdirilir, həmçinin yerli banklarda manat və xarici valyutada hesablar açılır. Bu addımlar şirkətin tam hüquqlu fəaliyyətə başlaması üçün zəruri hesab olunur".
Ekspertin sözlərinə görə, xarici sahibkarlar üçün miqrasiya qanunvericiliyində də müəyyən üstünlüklər mövcuddur:
"Belə ki, şirkətin direktoru olan xarici vətəndaşın ayrıca iş icazəsi almasına ehtiyac olmur. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulan investisiya və fəaliyyət tələbləri yerinə yetirildiyi halda, sahibkar bir il müddətinə Müvəqqəti Yaşama İcazəsi almaq hüququ əldə edə bilər. Şirkətin təsis edilməsi iki formada mümkündür. Xarici vətəndaş Azərbaycana gələrək qeydiyyat prosesini adətən 3–5 iş günü ərzində tamamlaya bilər. Digər variant isə məsafədən qeydiyyatdır. Bu halda xarici vətəndaş öz ölkəsində apostilli etibarnamə rəsmiləşdirərək nümayəndəsi vasitəsilə Azərbaycana gəlmədən şirkətin qeydiyyatını və digər hüquqi prosedurları həyata keçirə bilər".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026