Redaktor
Mağazalar müştərilərə "Endirimli məhsulları geri qaytara bilməzsiniz" deyirlər - Qanun nə deyir?
Bu gün bir çox mağaza məhsullarını müxtəlif endirim kampaniyaları çərçivəsində satışa çıxarır. Eyni zamanda, istehlakçılar tez-tez "endirimdə olan məhsullar geri qaytarılmır" və ya "dəyişdirilmir" kimi xəbərdarlıqlarla qarşılaşırlar.
Lakin mağazaların böyük əksəriyyətinin məhsullarını endirimlə satdığı bir şəraitdə istehlakçıların geri qaytarma və ya dəyişdirmə hüququnun necə təmin olunduğu sual doğurur.
Doğrudanmı, endirimlə alınan məhsullar heç bir halda geri qaytarıla bilməz?
Valyuta.az-a danışan korporativ hüquqşünas Taleh Rzayev bildirib ki, bu gün ticarət şəbəkələrində istehlakçı hüquqlarının ən çox pozulduğu hallardan biri endirimli məhsulların geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlıdır:
"Mağazaların vitrinlərində və ya kassaların yanında yerləşdirdiyi “Endirimdə olan məhsullar geri qaytarılmır və ya dəyişdirilmir” məzmunlu elanlar hüquqi baxımdan qanunsuz hesab olunur. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, alıcının aldığı malı müəyyən şərtlərlə qaytarmaq və ya dəyişdirmək hüququ var. Qanunvericilikdə məhsulun endirimli və ya tam qiymətlə satılması arasında hər hansı fərq qoyulmur. Məhsulun endirimdə olması satıcıya istehlakçının hüquqlarını məhdudlaşdırmaq səlahiyyəti vermir. Mağazanın daxili qaydaları, rəhbərliyin göstərişləri və ya kassa qəbzinin üzərindəki “qaytarılmır” qeydi qanundan üstün ola bilməz.
Məsələn, alıcı endirimlə geyim və ya ayaqqabı aldıqdan sonra evdə onun ölçüsünün uyğun olmadığını, rəngini bəyənmədiyini və ya sadəcə seçimindən imtina etdiyini müəyyən edərsə, malı alındığı gündən etibarən 14 gün ərzində dəyişdirə və ya qaytara bilər. Bunun üçün məhsul istifadə olunmamalı, əmtəə görünüşü saxlanılmalı, etiketləri və qablaşdırması yerində olmalı, həmçinin alış faktını təsdiq edən sənəd təqdim edilməlidir".
T.Rzayev vurğulayıb ki, əgər endirimlə alınmış məhsulda sonradan qüsur aşkarlanarsa, məsələn, geyimin söküyü üzə çıxarsa və ya elektronika işləməzsə, mağaza həmin məhsulu geri qəbul etməlidir:
"Bu halda məhsulun hansı qiymətə satılmasının hüquqi əhəmiyyəti yoxdur. Mağazalar çox vaxt “endirimli məhsul” anlayışı ilə “qüsurlu məhsul” anlayışını qəsdən qarışdırırlar. İstisna hal yalnız məhsulun qiymətinin konkret qüsuruna görə endirildiyi vəziyyətlərdə tətbiq olunur. Məsələn, məhsul vitrin nümunəsi olduğu üçün cızılıbsa və ya düyməsi düşübsə, satıcı bu barədə alıcını əvvəlcədən məlumatlandırıbsa, alıcı sonradan həmin qüsuru əsas gətirərək məhsulu geri qaytara bilməz. Lakin mağaza ümumi endirim kampaniyası, məsələn, “Black Friday” və ya 50% endirim aksiyası keçirirsə, bu istisna tətbiq edilmir və istehlakçının qanunla müəyyən edilmiş hüquqları qüvvədə qalır".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Niyə məhz yaxşı məhsulu olan şirkətlər bazarda məğlub olur?
"Böyük startaplar illərlə heç bir satış etmədən layihələrini böyüdə biliblər"- Nicat Manafov
"Təcrübə az olduqda yüksək "kredit çiyni" risklidir"
İcarə müqaviləsi bağlanmadan obyektə yatırım etmək hansı risklər yaradır?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir
16.06.2026Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?
16.06.2026Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?
16.06.2026Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
16.06.2026“Sarvam” 234 milyon dollar investisiya alıb
16.06.2026Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"
16.06.2026Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
16.06.2026Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®
16.06.2026Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi
16.06.2026AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®
16.06.2026Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?
16.06.2026Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə
16.06.2026Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb
16.06.2026Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"
16.06.2026"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib
16.06.2026Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
16.06.2026Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib
16.06.2026Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır
16.06.2026İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək
16.06.2026