Redaktor
"Təcrübə az olduqda yüksək "kredit çiyni" risklidir"
Leverage və ya “kredit çiyni” maliyyə bazarlarında investorların öz kapitalından daha böyük məbləğlə yatırım etməsinə imkan verən mexanizmlərdən biri hesab olunur. Bu alət bazarda qazancı artırmaq üçün geniş istifadə edilsə də, risklərin də eyni sürətlə böyüməsinə səbəb ola bilir. “Archegos Capital” hadisəsi kimi milyardlarla dollarlıq itki ilə nəticələnən maliyyə çöküşləri də leverage risklərini yenidən gündəmə gətirib.
Bu baxımdan maraq doğuran əsas məqamlardan biri də budur: “Kredit çiyni” (leverage) hansı nöqtədən sonra təhlükəyə çevrilir?
İqtisadçı Murad Calalov Valyuta.az-a bildirib ki, "Leverage"lərdə əsas anlayışlardan biri “Leverage Ratio” (LR), digəri isə “Liquidity Coverage Ratio”dur (LCR):
"Leverage Ratio”da (LR) əsas məsələ kapitalın həcmi və borcun kapitala olan nisbətidir. Bu göstərici həm banklar, həm şirkətlər, həm də fərdi investorlar üçün hesablanır. Burada şəxsin və ya qurumun borcunun öz kapitalına nisbəti müəyyən edilir. Məsələn, maksimum 1-in 5-ə nisbət götürülə bilər. Bu isə kapitalın həcminə, şəxsin investor və ya şirkət olmasına, yaxud bank statusuna görə dəyişir. "Leverage"lər daha çox onlayn investisiyalarda - kriptovalyuta, forex və digər maliyyə bazarlarında istifadə olunur. Burada göstəricilər “x” formasında hesablanır. Məsələn, təcrübəli investorlar 40x və ya 50x leverage ilə əməliyyat aça bilirlər. Tutaq ki, hesabınızda 1000 avro var və siz bu məbləği 5000 avroya çatdırmaq istəyirsiniz. Bunun üçün leverage artırılır. Leverage nə qədər yüksəkdirsə, risk də bir o qədər artır. Təcrübə az olduqda və ya kapital zəif olduqda yüksək leverage istifadə etmək risklidir. Çünki leverage artdıqca potensial qazanc yüksəldiyi kimi, itki ehtimalı da artır. Məsələn, 1000 avro investisiya edirsiniz və 40x leverage ilə mövqe açırsınız. “Bitcoin”in qiymətinin yüksələcəyini düşünərək bazara daxil olursunuz. Bu zaman “Stop Loss” (SL) - yəni itki limiti müəyyən edilir. Məsələn, qiymətin müəyyən həddə düşməsi halında mövqe avtomatik bağlanır. “Take Profit” (TP) isə qazanc hədəfidir və adətən SL səviyyəsinin minimum 2 qatı həcmində təyin olunur".

M.Calalov vurğulayıb ki, əgər investor yenidirsə və ya kapitalı azdırsa, maksimum 1-in 5-ə leverage tövsiyə edilir:
"Lakin bu göstərici bazar şəraiti və risk idarəetməsindən asılı olaraq dəyişə bilər. “Liquidity Coverage Ratio” (LCR) isə likvidlik göstəricisidir. Burada əsas məsələ kapitalın mövcudluğu deyil, həmin kapitalın nə qədər tez likvidləşdirilə bilməsidir. Məsələn, bankların depozit öhdəlikləri olur. Elə vəziyyət yarana bilər ki, çox sayda müştəri eyni anda vəsaitini geri çəkmək istəsin. Bu halda bankın ödənişləri həyata keçirmək üçün kifayət qədər likvid vəsaiti olmalıdır. LCR məhz həmin likvidlik səviyyəsini ölçür və risklərin idarə olunmasında mühüm rol oynayır".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
İcarə müqaviləsi bağlanmadan obyektə yatırım etmək hansı risklər yaradır?
"Bankın problemli kreditləri 3%-dirsə, normaldır"
“Şirkət 3-4 dəfə böyüyürsə, rəhbərin maaşının 2 dəfə artırılması ədalətlidir”
Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı
28.07.2026Dünyanın ən ağıllı süni intellekt modelləri – 2026-cı ilin reytinqi
28.07.2026Qlobal iqtisadiyyata hökumətlərdən çox təsir edən şirkətlər
28.07.2026"Fed"in sentyabr qorxusu: Bazarlar qərardan çox səs bölgüsünə diqqət yetirəcək
28.07.2026HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq
28.07.2026"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı
28.07.2026"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi
28.07.2026Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu
28.07.2026Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
28.07.2026UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək
28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb
28.07.2026Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?
28.07.2026AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir
28.07.2026Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
28.07.2026“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb
28.07.2026"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir
28.07.2026"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi
28.07.2026