Redaktor
“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb
“Ziraat Bank Azərbaycan” nın cəmi aktivləri 2026-cı ilin II rübünün sonuna 1 milyard 559 milyon 974 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə 1 milyard 68 milyon 531,61 min manat olub.
Beləliklə, bankın aktivləri illik müqayisədə 491 milyon 442,39 min manat və ya 46% artıb.
Hesabat dövründə bankın müştərilərə verdiyi cəmi kreditlərin həcmi 831 milyon 708,41 min manat olub.
Bu göstərici 2025-ci ilin II rübündə 625 milyon 646,80 min manat təşkil edib.
Nəticədə kredit portfeli 206 milyon 61,61 min manat və ya 32,9% artıb.
2026-cı ilin II rübündə bankın depozitləri (banklar və digər maliyyə institutları istisna olmaqla) 866 milyon 631,96 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 566 milyon 711,17 min manat olub.
Beləliklə, depozitlərin həcmi 299 milyon 920,79 min manat və ya 52,9% artıb.
Fiziki və hüquqi şəxslərin müddətli depozitləri 2026-cı ilin II rübündə 409 milyon 921,79 min manat təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 283 milyon 638,41 min manat olub. İllik müqayisədə müddətli depozitlər 126 milyon 283,38 min manat və ya 44,5% artıb.
Bankların və digər maliyyə institutlarının bankdakı depozitlərinin həcmi isə 2026-cı ilin II rübünün sonuna 540 milyon 897,22 min manat olub.
Bu göstərici 2025-ci ilin eyni dövründə 238 milyon 274,85 min manat təşkil edib.
Nəticədə həmin depozitlər 302 milyon 622,37 min manat və ya təxminən 127% artıb.
Tənzilə Ağabalyeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu
28.07.2026Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
28.07.2026UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək
28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb
28.07.2026Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?
28.07.2026AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir
28.07.2026Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
28.07.2026“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb
28.07.2026"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir
28.07.2026"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi
28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?
28.07.2026Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı
28.07.2026"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı
28.07.2026Fərqli sənayelərin ilk milyarderləri
28.07.2026Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü
28.07.2026Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır
28.07.2026