Yüksək satış varsa, o biznes uğurludur?

Redaktor

28.07.2026 12:45
126

Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış hər zaman uğurlu biznes deməkdirmi? Bu sual ilk baxışda sadə görünsə də, əslində, cavabı düşündüyümüz qədər birmənalı deyil. Çünki bəzi şirkətlər böyük satış dövriyyəsinə malik olsa da, yüksək mənfəət əldə etmir, hətta zərərlə fəaliyyət göstərə bilir. Belə hallarda biznes hansı göstəricilərə diqqət yetirməli, satış strategiyasını necə qurmalı və mənfəətliliyi artırmaq üçün hansı addımları atmalıdır?

Valyuta.az-a açıqlamasında “SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov bildirib ki, yüksək satış nəticələri biznesin uğur göstəricilərindən biridir:

“Əgər siz öz məhsulunuzu çox sayda insana və böyük həcmdə sata bilirsinizsə, bu, uğur hesab olunur. Lakin ümumilikdə yüksək satış göstəriciləri hər zaman biznesin uğurlu olması demək deyil. Çünki satışın nə dərəcədə mənfəətli olması, müştərilərin nə qədər məmnun qalması və bunun gələcək satışlara yol açıb-açmaması kimi məsələlər də böyük əhəmiyyət daşıyır.

Bəzən şirkətin yüksək satış rəqəmləri və böyük dövriyyəsi olur, lakin yüksək mənfəəti olmur, hətta zərərlə də işləyə bilər. Belə hallarda rəhbərlik və komanda satış analizləri aparmalı, mövcud dövriyyə ilə mənfəəti necə artırmağın yollarını müəyyənləşdirməlidir.

Bunun üçün müxtəlif addımlar atıla bilər. Məsələn, biznes proseslərinin optimallaşdırılması, məhsul kateqoriyalarının daha səmərəli idarə olunması, gəlirli məhsullara investisiya qoyulması, müştərilərlə daha effektiv işin qurulması və doğru müştəri seqmentlərinə satışın həyata keçirilməsi kimi”. 

O deyir ki, bəzən yüksək satış göstəricilərinə malik olan şirkət zərərlə fəaliyyət göstərir. Lakin müəyyən dəyişikliklərdən sonra dövriyyə azalsa da, şirkətin mənfəətliliyi yüksəlir: “Məsələn, şirkətin satış dövriyyəsi 1 milyon manatdır. Ancaq bu satışın 800 min manatı zərərlə, cəmi 200 min manatı isə mənfəətlə həyata keçirilir. Belə halda zərərlə satılan məhsulların və ya həmin müştəri qrupunun payının azaldılması şirkətin ümumi mənfəətini artıra bilər. Yəni şirkət hər kəsə bütün məhsulları satmağa çalışmamalıdır. Əksinə, hansı məhsullarla və hansı müştəri qrupları ilə daha uğurlu və mənfəətli işləyirsə, diqqətini məhz həmin istiqamətlərə yönəltməlidir. Bu, hər bir sahibkarın davamlı olaraq təhlil etməli olduğu əsas məsələlərdəndir”. 

“Deməli, təkcə yüksək satış hədəflərinə fokuslanmaqla biznesdə böyük uğurlar qazanmaq mümkün deyil. Burada digər vacib amillər də var: şirkətin mənfəətlə işləməsi, müştəri məmnuniyyətinin təmin olunması və uzunmüddətli müştəri loyallığının formalaşdırılması. Çünki müştəri şirkətin gələcək inkişafını təmin edən əsas faktorlardan biridir. Şirkətin ən böyük kapitalı onun sadiq müştəriləridir.

Buna görə də davamlı olaraq müştəri məmnuniyyətinin səviyyəsi və istifadə olunan məhsul portfelinin nə qədər effektiv olduğu təhlil edilməlidir. Məhz bu yanaşma daha ağıllı satış strategiyası hesab olunur” – satış təlimçisi əlavə edib. 

Şəbnəm İbrahimxəlilova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış varsa, o biznes uğurludur?

28.07.2026

Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı

28.07.2026

"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı

28.07.2026

Fərqli sənayelərin ilk milyarderləri

28.07.2026

Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü

28.07.2026

Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır

28.07.2026
Nağd kredit müqayisəsi:

Nağd kredit müqayisəsi: "Expressbank", yoxsa "Yelo Bank"?

28.07.2026

Yataq otağında əsası qoyulan startaplar

28.07.2026

"Referans"ın rəhbəri Hansıyar Babayevə müşavir təyin edildi - FOTO

28.07.2026

İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində İnvestaz-da hesablar uzun zamandır tam onlayn açılır ®

28.07.2026

Məzənnə

Yüklənir...