UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

Redaktor

28.07.2026 15:13
56

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) II Tələbə Startap Müsabiqəsinin elan olunduğunu açıqlayıb. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, müsabiqə tələbələrin innovativ ideyalarının inkişafına və tətbiqyönlü layihələrin reallaşdırılmasına dəstək məqsədi daşıyır.

Təşəbbüs çərçivəsində texnoloji, sosial, ekoloji və iqtisadi problemlərin həllinə yönəlmiş layihələrin hazırlanması və inkişafı təşviq olunur.

Müsabiqədə UNEC-in bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri iştirak edə bilərlər. Komandalar 2–5 nəfərdən ibarət olmalı, onlardan biri komanda rəhbəri təyin edilməlidir. Hər iştirakçı yalnız bir layihədə təmsil oluna bilər. Qeyd olunur ki, universitetin əməkdaşları və ya məzunları komandalara mentor kimi qoşula bilərlər.

Təşkilatçıların məlumatına görə, təqdim edilən layihələr innovativ və tətbiqyönlü olmalı, real bazar və ya sosial problemlərin həllinə yönəlməlidir. Layihələrin icra müddəti maksimum 12 ay müəyyən edilib. Digər müsabiqələr çərçivəsində maliyyələşdirilmiş və ya eyni vaxtda başqa müsabiqələrə təqdim edilmiş layihələr qəbul olunmayacaq.

İştirak üçün elektron ərizə, tələbə bileti və şəxsiyyət vəsiqəsinin surəti, komanda üzvləri barədə məlumat, layihə təklifi (ideya, məqsəd, bazar potensialı və büdcə), həmçinin icra planı təqdim edilməlidir.

Layihələr ideyanın yeniliyi və aktuallığı, kommersiyalaşdırılma potensialı, komandanın bacarıqları, sosial və iqtisadi təsiri, eləcə də təqdimat mərhələsinin keyfiyyəti əsasında qiymətləndiriləcək.

Qalib seçilən komandalar UNEC ilə müqavilə bağlayacaq və ayrılan maliyyə vəsaiti birbaşa layihələrin icrasına yönəldiləcək. Eyni zamanda komandalar ayrılmış vəsaitdən istifadə ilə bağlı mütəmadi hesabat təqdim etməli olacaqlar.

Layihələrin qəbulu üçün son tarix 20 sentyabr 2026-cı il müəyyən edilib. Müraciətlər elektron poçt vasitəsilə qəbul olunur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq

28.07.2026

"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı

28.07.2026

"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

28.07.2026

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış varsa, o biznes uğurludur?

28.07.2026

Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı

28.07.2026

"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı

28.07.2026

Fərqli sənayelərin ilk milyarderləri

28.07.2026

Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü

28.07.2026

Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır

28.07.2026
Nağd kredit müqayisəsi:

Nağd kredit müqayisəsi: "Expressbank", yoxsa "Yelo Bank"?

28.07.2026

Məzənnə

Yüklənir...