"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

Redaktor

28.07.2026 16:00
50

"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

Asiya ölkələri adətən uzun iş saatları, yüksək iş yükü və gərgin əmək mədəniyyəti ilə tanınır. Lakin Çində fəaliyyət göstərən bir şirkət bu ənənədən fərqli addım ataraq işçilərinin psixoloji rifahını ön plana çıxarıb.

Çinin tanınmış pərakəndə satış şəbəkələrindən biri olan "Pang Dong Lai" işçilərinin iş-həyat balansını yaxşılaşdırmaq məqsədilə yeni məzuniyyət növü tətbiq edib.

Valyuta.az xəbər verir ki, şirkətin təsisçisi və İdarə Heyətinin sədri Yu Donqlay (Yu Donglai) əməkdaşlara ildə 10 gün ödənişli "bədbəxtlik məzuniyyəti" verib.

Onun sözlərinə görə, işçilər özlərini psixoloji cəhətdən yaxşı hiss etmədikləri günlərdə heç bir əsaslandırma vermədən bu məzuniyyətdən istifadə edə bilərlər.

"İstəyirəm ki, hər bir əməkdaş azad olsun. Hər kəsin özünü yaxşı hiss etmədiyi günlər olur. Əgər xoşbəxt deyilsinizsə, işə gəlməyin", - deyə Yu bildirib.

O vurğulayıb ki, rəhbərlər işçilərin bu məzuniyyət istəyini rədd edə bilməzlər. Onun sözlərinə görə, belə hallarda məzuniyyətin təsdiqlənməməsi şirkət qaydalarının pozulması hesab olunacaq.

Yeni təşəbbüs Çin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu addımı müsbət qiymətləndirərək belə iş mühitinin digər şirkətlərdə də tətbiq edilməsinin vacibliyini qeyd edib.

Araşdırmalara görə, Çində işçilərin 65 faizdən çoxu iş yerində yorğunluq və narazılıq hiss etdiyini bildirir. Bunun əsas səbəbləri kimi aşağı əməkhaqqı, mürəkkəb iş münasibətləri və uzun iş saatları göstərilir.

Yu Donqlay daha əvvəl də uzun iş saatlarını tənqid edərək işçilərin mütəmadi şəkildə əlavə saatlarla işlədilməsini etik olmayan yanaşma adlandırıb.

Şirkətdə əməkdaşlar gündə 7 saat işləyir, həftəsonları istirahət edirlər, ildə 30-40 gün məzuniyyət, həmçinin Çin Yeni ili dövründə 5 günlük əlavə istirahət hüququna malik ola biliblər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qlobal iqtisadiyyata hökumətlərdən çox təsir edən şirkətlər

28.07.2026

"Fed"in sentyabr qorxusu: Bazarlar qərardan çox səs bölgüsünə diqqət yetirəcək

28.07.2026

HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq

28.07.2026

"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı

28.07.2026

"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

28.07.2026

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış varsa, o biznes uğurludur?

28.07.2026

Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı

28.07.2026

"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı

28.07.2026

Fərqli sənayelərin ilk milyarderləri

28.07.2026

Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü

28.07.2026

Məzənnə

Yüklənir...