Şirkət işçilərinə ofisə yaxın yaşamaq üçün hər il 18 min dollar ödəyir

Redaktor

13.07.2026 18:20
78

Şirkət işçilərinə ofisə yaxın yaşamaq üçün hər il 18 min dollar ödəyir

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən süni intellekt startapı "Rilla" işçilərinə ofisə yaxın ərazidə yaşamaları üçün hər il 18 min ABŞ dolları məbləğində mənzil dəstəyi verir.

Valyuta.az xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi və baş icraçı direktoru Sebastian Ximenez (Sebastian Jimenez) "Business Insider" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ofisdən təxminən 10 dəqiqəlik velosiped məsafəsində yaşayan əməkdaşlar bu imkandan yararlana bilirlər.

"İnsanların gündəlik həyatındakı maneələri azaltmaq istəyirik ki, onlar diqqətlərini işə daha çox yönəldə bilsinlər", - deyə Ximenez bildirib.

2019-cu ildə yaradılan "Rilla" satış komandaları üçün nitq analitikası (speech analytics) əsasında çalışan süni intellekt həlləri hazırlayır. Şirkət bu ilin əvvəlində Nyu-Yorkun ən bahalı məhəllələrindən biri hesab olunan "Williamsburg" ərazisində yeni ofis açıb. Rəhbərlik hesab edir ki, yüksək kirayə qiymətləri səbəbindən əməkdaşlar daha uzaq ərazilərdə yaşamağa üstünlük verə bilər. Buna görə də şirkət ofisə yaxın yaşayan işçiləri maliyyə baxımından təşviq edir.

Şirkət rəhbərinin sözlərinə görə, "Rilla"da əməkdaşlar adətən gündə 12 saat, həftədə 6 gün çalışırlar. Bu səbəbdən işə gedib-gəlməyə sərf olunan vaxtın azaldılması məhsuldarlıq baxımından mühüm əhəmiyyət daşıyır.

S.Ximenez bildirib ki, hazırda şirkət əməkdaşlarının təxminən 80 faizi bu mənzil dəstəyindən istifadə edir.

"Rilla" bununla kifayətlənmir. Şirkət işçilərinə gündə üç dəfə ödənişsiz yemək təqdim edir. Bundan əlavə, ofisdə idman zalı, sauna və soyuq su hovuzunun (cold plunge) yaradılması da planlaşdırılır.

Ximenez qeyd edib ki, şirkətin korporativ mədəniyyəti kifayət qədər tələbkardır və bu yanaşma İlon Maskın vaxtilə "Twitter" üçün təsvir etdiyi intensiv iş modeli ilə müqayisə oluna bilər.

O, bu yanaşmanın məşhur psixoloq Mihaly Csikszentmihalyi-nin "Flow: The Psychology of Optimal Experience" kitabından ilham aldığını bildirib.

"Bu kitabın əsas ideyası ondan ibarətdir ki, insan həyatının məqsədlərindən biri mümkün qədər çox vaxtı tam diqqət və məhsuldarlıq vəziyyətində keçirməkdir. Biz də məhz bunu optimallaşdırmağa çalışırıq", - deyə şirkət rəhbəri vurğulayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“TSMC”nin gəlirləri gözləntiləri üstələyib

13.07.2026

Şirkət işçilərinə ofisə yaxın yaşamaq üçün hər il 18 min dollar ödəyir

13.07.2026

Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib

13.07.2026

2026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir

13.07.2026

Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalını 4,41 milyon manat azaldılıb

13.07.2026

Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL

13.07.2026
Hansı banklar səyahət krediti verir?

Hansı banklar səyahət krediti verir?

13.07.2026

"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır

13.07.2026
Banklar kimlərə kredit verə bilməz?

Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri

13.07.2026

İqlim böhranını biznesə çevirən 10 STARTAP

13.07.2026

Elmin Məmmədov: "Kraudfandinq platforması ilə əldə edilən gəlir və mənfəət vergidən azad ediləcək"

13.07.2026

Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır

13.07.2026

"PAŞA Bank"da yeni TƏYİNAT

13.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

13.07.2026

Yaxın Şərqdəki müharibə davam etdikcə qlobal iqtisadiyyatda inflyasiya da artacaq

13.07.2026

“Apple” başladı, digərləri də qoşuldu: Smartfon qutularından qulaqlıqlar niyə yoxa çıxdı?

13.07.2026

Hindistanın ən böyük şirkətlərindən biri minlərlə AI mühəndisini işə götürəcək

13.07.2026

“San Tortino” və “Azza”da tortların qiymətləri

13.07.2026
Lombard krediti götürmək istəyənlər üçün bank faizləri

Lombard krediti götürmək istəyənlər üçün bank faizləri - ŞƏRTLƏR, MƏBLƏĞ

13.07.2026

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

13.07.2026

Məzənnə

Yüklənir...