Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır

Redaktor

13.07.2026 14:56
51

Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır

Azərbaycanda banklar üçün mərkəzləşdirilmiş antifrod habının yaradılması nəzərdə tutulur.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın bu istiqamətdəki ilkin funksiyası tənzimləyici rolunda çıxış etməkdir: "Hazırda fırıldaqçılıq, məsuliyyət və əlaqəli məsələlər qüvvədə olan qanunvericilikdə müxtəlif normativ aktlar çərçivəsində tənzimlənir. Bunların sırasına "Ödəniş sistemləri haqqında" qanun, Maliyyə Monitorinqi Xidmətinin müvafiq tələbləri və başqa normativ sənədlər daxildir.

Son illərdə maliyyə sektorunda informasiya təhlükəsizliyi ilə bağlı tələblərin tətbiq olunduğu kimi, biz də rəqəmsal fırıldaqçılıq risklərinin minimuma endirilməsi məqsədilə ayrıca antifrod tələblərinin işlənib hazırlanmasını planlaşdırırıq. Burada hədəf yeni bir ixtira deyil. Beynəlxalq praktikanı, xüsusən Türkiyə, Rusiya və Avropa dövlətlərinin qanunvericiliyini araşdırırıq və onu yerli bazara adaptasiya edərək həyata keçirməyə səy göstəririk. Bu yöndə işlər davam etdirilir".

E.Cuvarov bildirib ki, bu sahədə Mərkəzi Bankın əsas missiyası tənzimləmə ilə yanaşı, koordinasiya funksiyasını da icra etməkdir: "Artıq bir sıra şirkətlərlə müzakirələr aparılır və yol xəritəmizdə mərkəzləşdirilmiş antifrod sisteminin qurulması yer alır. Bu model Türkiyə, Rusiya, Qazaxıstan və digər dövlətlərdə artıq fəaliyyət göstərir.

Bu sistem Mərkəzi Bankın nəzdində işləyəcək. Digər ölkələrdə isə bu funksiyanı müxtəlif mərkəzi qurumlar icra edə bilir. Yəni söhbət bir növ "hab" sistemindən gedir. Məsələn, real bir ssenariyə nəzər salaq. Fərz edək ki, bir müştərinin pul vəsaiti oğurlanıb və həmin məbləğ başqa bankdakı hesaba transfer edilib. Köçürmə prosesində göndərən bank öz sistemində bunu adi "card-to-card" tranzaksiyası kimi qeydə alır. Qarşı tərəfdəki müştərini tanımadığından onun dələduzluq şəbəkəsinin bir hissəsi olub-olmadığını təyin edə bilmir. Lakin mərkəzləşdirilmiş hab sayəsində biz müşahidə edə bilərik ki, həmin hesaba gün ərzində fərqli banklardan böyük həcmdə "card-to-card" köçürmələri daxil olur".

O hesab edir ki, ayrı-ayrılıqda banklar bu ümumi mənzərəni tam şəkildə görə bilməsələr də, əməliyyatlar mərkəzi platforma ilə inteqrasiya edildikdə bu məlumatlar vahid məkanda əks olunur.

Belə vəziyyətlərdə söhbət "mule account" adlanan, yəni pul daşıyıcısı hesablarından gedə bilər.

"Biz həmin hesabları risk dərəcəsinə əsasən qiymətləndirə və yüksək riskli hesab olaraq işarələyə (flag) bilərik. Digər banklar da real vaxt rejimində həmin platformaya qoşulacaq. Sistemdə riskli hesabların daxil olduğu "grey list" (boz siyahı) yaradılacaq. Bu siyahıda olan hesablara yönəldilən vəsaitlər üzrə banklar əlavə yoxlama həyata keçirə biləcəklər. Yoxlamanın aparılıb-aparılmaması isə yenə bankın öz məsuliyyəti çərçivəsində qalacaq. Mərkəzi Bank isə mərkəzləşdirilmiş koordinasiya və dəstək funksiyasını yerinə yetirərək həmin hesabın riskli şəbəkənin tərkib elementi ola biləcəyi barədə bankları xəbərdar edəcək".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“TSMC”nin gəlirləri gözləntiləri üstələyib

13.07.2026

Şirkət işçilərinə ofisə yaxın yaşamaq üçün hər il 18 min dollar ödəyir

13.07.2026

Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib

13.07.2026

2026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir

13.07.2026

Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalını 4,41 milyon manat azaldılıb

13.07.2026

Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL

13.07.2026
Hansı banklar səyahət krediti verir?

Hansı banklar səyahət krediti verir?

13.07.2026

"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır

13.07.2026
Banklar kimlərə kredit verə bilməz?

Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri

13.07.2026

İqlim böhranını biznesə çevirən 10 STARTAP

13.07.2026

Elmin Məmmədov: "Kraudfandinq platforması ilə əldə edilən gəlir və mənfəət vergidən azad ediləcək"

13.07.2026

Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır

13.07.2026

"PAŞA Bank"da yeni TƏYİNAT

13.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

13.07.2026

Yaxın Şərqdəki müharibə davam etdikcə qlobal iqtisadiyyatda inflyasiya da artacaq

13.07.2026

“Apple” başladı, digərləri də qoşuldu: Smartfon qutularından qulaqlıqlar niyə yoxa çıxdı?

13.07.2026

Hindistanın ən böyük şirkətlərindən biri minlərlə AI mühəndisini işə götürəcək

13.07.2026

“San Tortino” və “Azza”da tortların qiymətləri

13.07.2026
Lombard krediti götürmək istəyənlər üçün bank faizləri

Lombard krediti götürmək istəyənlər üçün bank faizləri - ŞƏRTLƏR, MƏBLƏĞ

13.07.2026

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

13.07.2026

Məzənnə

Yüklənir...