“TSMC”nin gəlirləri gözləntiləri üstələyib

Redaktor

13.07.2026 19:15
29

“TSMC”nin gəlirləri gözləntiləri üstələyib

Dünyanın ən böyük çip istehsalçısı olan “TSMC”nin ikinci rüb üzrə gəlirləri illik müqayisədə 36% artaraq bazar proqnozlarını geridə qoyub.

Valyuta.az xəbər verir ki, şirkət 2026-cı ilin aprel-iyun aylarını əhatə edən ikinci rübdə 1,27 trilyon Tayvan dolları (təxminən 39,63 milyard ABŞ dolları) gəlir əldə edib. Bu nəticə ötən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir.

“LSEG SmartEstimate” tərəfindən 20 analitikin proqnozları əsasında hazırlanan hesablamada “TSMC”nin ikinci rüb gəlirlərinin 1,264 trilyon Tayvan dolları səviyyəsində olacağı gözlənilirdi. Şirkətin açıqladığı göstərici isə bu proqnozu üstələyib.

Mütəxəssislər artımı əsasən süni intellekt texnologiyalarına olan yüksək tələbatla əlaqələndirirlər. Son illərdə AI tətbiqlərinin sürətlə yayılması qabaqcıl yarımkeçiricilərə ehtiyacı artırıb və bu, “TSMC”nin sifariş portfelinə müsbət təsir göstərib.

Qeyd edək ki, “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) dünyanın ən iri texnologiya şirkətlərindən olan “Nvidia” və “Apple” da daxil olmaqla bir çox şirkətin əsas çip təchizatçılarından biridir.

Şirkət qlobal yarımkeçirici sənayesində strateji mövqeyə malik hesab olunur.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tarixin ən cəsarətli "iPhone"u: Yubiley modeli bağlı yeni təfərrüatlar

13.07.2026

“TSMC”nin gəlirləri gözləntiləri üstələyib

13.07.2026

Şirkət ofisə yaxın yaşamaları üçün işçilərinə hər il 18 min dollar ödəyir

13.07.2026

Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib

13.07.2026

2026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir

13.07.2026

Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalı 4,41 milyon manat azaldılıb

13.07.2026

Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL

13.07.2026
Hansı banklar səyahət krediti verir?

Hansı banklar səyahət krediti verir?

13.07.2026

"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır

13.07.2026
Banklar kimlərə kredit verə bilməz?

Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri

13.07.2026

İqlim böhranını biznesə çevirən 10 STARTAP

13.07.2026

Elmin Məmmədov: "Kraudfandinq platforması ilə əldə edilən gəlir və mənfəət vergidən azad ediləcək"

13.07.2026

Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır

13.07.2026

"PAŞA Bank"da yeni TƏYİNAT

13.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

13.07.2026

Yaxın Şərqdəki müharibə davam etdikcə qlobal iqtisadiyyatda inflyasiya da artacaq

13.07.2026

“Apple” başladı, digərləri də qoşuldu: Smartfon qutularından qulaqlıqlar niyə yoxa çıxdı?

13.07.2026

Hindistanın ən böyük şirkətlərindən biri minlərlə AI mühəndisini işə götürəcək

13.07.2026

“San Tortino” və “Azza”da tortların qiymətləri

13.07.2026
Lombard krediti götürmək istəyənlər üçün bank faizləri

Lombard krediti götürmək istəyənlər üçün bank faizləri - ŞƏRTLƏR, MƏBLƏĞ

13.07.2026

Məzənnə

Yüklənir...