Redaktor
Tarixin ən cəsarətli "iPhone"u: Yubiley modeli bağlı yeni təfərrüatlar
“Apple” 2027-ci ildə – ilk “iPhone”un təqdim edilməsinin 20 illiyi münasibətilə satışa çıxarılması planlaşdırılan yubiley flaqman smartfonu “iPhone 20”nin istehsalına hazırlığa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə insayder “Fixed Focus Digital” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yubiley modeli üçün istehsal xətləri artıq modernləşdirilib. Qurğunun dizaynında ciddi dəyişikliklərin ediləcəyi gözlənilir. Belə ki, “Apple” son nəsil “iPhone” modellərində istifadə etmədiyi şüşə arxa panelə yenidən qayıtmağı planlaşdırır.
İddia olunur ki, “iPhone 20” “Samsung” tərəfindən hazırlanacaq xüsusi OLED ekranla təchiz ediləcək. Ekran dörd tərəfdən yüngül əyilmiş olacaq və korpusla vahid konstruksiya təsiri yaradaraq çərçivələri demək olar ki, görünməz edəcək. “Face ID” sistemi tamamilə ekranın altına yerləşdiriləcək. Bunun sayəsində “Dynamic Island” yalnız ön kamera üçün nəzərdə tutulmuş kiçik dəliyə qədər kiçiləcək.
Texniki xüsusiyyətlərdə də mühüm yeniliklərin olacağı bildirilir. Kameranın çətin işıqlandırma şəraitində çəkiliş keyfiyyətini və dinamik diapazonu artırmaq məqsədilə yeni “LOFIC” sensoru ilə təchiz ediləcəyi gözlənilir. Bundan əlavə, litium-ion batareyanın silikon anodlu batareya ilə əvəz olunacağı qeyd edilir.
Mövcud məlumatlara əsasən, “Apple” yubiley smartfonunun iki versiyasını təqdim etməyi planlaşdırır. Bu modellərin “iPhone 18 Pro” və “iPhone 18 Pro Max”ın varisləri olacağı bildirilir. Beləliklə, şirkətin “iPhone 19” adından istifadə etməyəcəyi iddia olunur.
Bundan əvvəl “Apple” üzrə tanınmış insayder Mark Qurman bildirib ki, “iPhone 18”in baza versiyası bu il təqdim olunmayacaq. Onun sözlərinə görə, şirkət sentyabr təqdimatında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlana bilən “iPhone” modelini nümayiş etdirəcək. Baza versiyası olan “iPhone 18”in isə “iPhone 18e” və “iPhone Air 2” ilə birlikdə 2027-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMeta «super sensing» texnologiyasına malik AI eynəklərini sınaqdan keçirir - FT
14.07.2026Aviasiyada hidrogen inqilabı başlayır
13.07.2026Tarixin ən cəsarətli "iPhone"u: Yubiley modeli bağlı yeni təfərrüatlar
13.07.2026“TSMC”nin gəlirləri gözləntiləri üstələyib
13.07.2026Şirkət ofisə yaxın yaşamaları üçün işçilərinə hər il 18 min dollar ödəyir
13.07.2026Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib
13.07.20262026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir
13.07.2026Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalı 4,41 milyon manat azaldılıb
13.07.2026Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL
13.07.2026
Hansı banklar səyahət krediti verir?
13.07.2026"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır
13.07.2026