Redaktor
İqlim böhranını biznesə çevirən 10 STARTAP
Qərbi Avropada 2026-cı ilin iyun ayının tarixdə qeydə alınan ən isti iyun ayı olması iqlim dəyişikliyi ilə mübarizəni və təmiz enerji sistemlərinə keçidi daha da aktuallaşdırıb.
Valyuta.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, ötən ay Qərbi Avropada tarixdə ən isti iyun ayı, qlobal miqyasda isə ikinci ən isti iyun ayı olub. Bu fonunda Avropada karbon emissiyalarının azaldılmasına (dekarbonizasiya) yönəlmiş texnologiyalar hazırlayan startaplara maraq və investisiyalar artıb.
İyulun 15-də təqdim olunması gözlənilən Avropa Komissiyasının Elektrikləşdirmə Fəaliyyət Planının da enerji keçidini sürətləndirməsi gözlənilir. Bu şəraitdə iqlim texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər həm ekoloji problemlərin həllinə töhfə verir, həm də uğurlu biznes modelləri qururlar.

Aira (İsveç)
2022-ci ildə Stokholmda yaradılan "Aira" fərdi evlər üçün istilik nasosları və enerji səmərəliliyi həlləri təqdim edir. Şirkət ev təsərrüfatlarının qalıq yanacaqlardan imtina edərək daha təmiz enerji mənbələrinə keçməsini hədəfləyir.
Startap indiyədək beş investisiya raundunda 621 milyon avrodan çox maliyyə cəlb edib. Bunun 150 milyon avrosu 2025-ci ilin avqustunda əldə olunub.

cylib (Almaniya)
"Aaxen" şəhərində fəaliyyət göstərən cylib istifadəsini başa vurmuş litium-ion batareyalarının təkrar emalı texnologiyasını hazırlayır. Şirkət litium, qrafit, nikel və kobalt kimi strateji xammalları bərpa edərək Avropada dövri batareya iqtisadiyyatının formalaşmasına töhfə verir.
Şirkət indiyədək 156,1 milyon avro, o cümlədən 2024-cü ildə 55 milyon avroluq A seriyasında investisiya əldə edib.

Isometric (Böyük Britaniya)
Londonda yerləşən "Isometric" karbonun atmosferdən çıxarılması layihələri üçün elmi əsaslı sertifikatlaşdırma və monitorinq platforması hazırlayıb.
Şirkət könüllü karbon bazarında şəffaflığı artırmağı hədəfləyir və bu günə qədər 56 milyon avro, o cümlədən 2026-cı ilin iyununda 34 milyon avro investisiya cəlb edib.

trawa (Almaniya)
Berlin mərkəzli "trawa" kiçik və orta bizneslər üçün "Energy-as-a-Service" platforması təqdim edir. Sistem bərpa olunan enerji satınalmasını və ağıllı enerji idarəetməsini birləşdirərək müəssisələrin həm xərclərini, həm də karbon emissiyalarını azaltmasına kömək edir.
Startap dörd investisiya raundunda 36,4 milyon avro cəlb edib.

Samara (İspaniya)
Madriddə yaradılan "Samara" fərdi evlər üçün damüstü günəş panelləri və elektrikləşdirmə həlləri təqdim edir.
Şirkət üç investisiya raundunda 18 milyon avro vəsait əldə edib. İlk maliyyələşdirməsini isə fəaliyyətə başladıqdan cəmi altı ay sonra alıb.

Climatiq (Almaniya)
2021-ci ildə yaradılan "Climatiq" bizneslər üçün karbon emissiyalarının hesablanmasına imkan verən API və məlumat platforması hazırlayır.
Şirkət 17 milyon avro investisiya cəlb edib, bunun 10 milyon avrosu 2025-ci ildə baş tutan A seriya raunduna aiddir.

Ostrom (Almaniya)
Berlin əsaslı "Ostrom" rəqəmsal yaşıl enerji təchizatçısıdır. Platforma istehlakçılara elektrik enerjisindən həm ən ucuz, həm də ən ekoloji təmiz saatlarda istifadə etməyə imkan yaradır.
Şirkət ümumilikdə 40 milyon avro, o cümlədən 2025-ci ildə 20 milyon avroluq B seriyasında investisiya əldə edib.
PaperShell (İsveç)
İsveçdə fəaliyyət göstərən "PaperShell" kağız əsaslı kompozit materiallar hazırlayır. Bu materiallar plastik və alüminium kimi karbon tutumlu məhsulları əvəz etmək üçün nəzərdə tutulub.
Şirkət indiyədək 60 milyon avro maliyyələşmə əldə edib. 2026-cı ildə isə İsveçdə yeni istehsal zavodunun tikintisi üçün 40,3 milyon avro investisiya cəlb edib.

Stellaria (Fransa)
2023-cü ildə yaradılan "Stellaria" yeni nəsil əridilmiş duz reaktorları (Molten Salt Reactor) üzərində çalışır.
Şirkətin hazırladığı 200 MVt gücündə reaktorun 20 il yanacaq doldurulmadan işləməsi nəzərdə tutulur. Startap bu günə qədər 23 milyon avro investisiya alıb.

Exergy3 (Böyük Britaniya)
Edinburqda fəaliyyət göstərən "Exergy3" sənaye müəssisələri üçün istilik enerjisinin saxlanması texnologiyası hazırlayır. Həll müəssisələrin qalıq yanacaq istehlakını və karbon emissiyalarını azaltmağa imkan verir.
Şirkət ümumilikdə 22 milyon avro investisiya cəlb edib. Bunun 11,4 milyon avrosu 2026-cı ilin aprelində baş tutan "Seed" investisiya raunduna aiddir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“TSMC”nin gəlirləri gözləntiləri üstələyib
13.07.2026Şirkət işçilərinə ofisə yaxın yaşamaq üçün hər il 18 min dollar ödəyir
13.07.2026Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib
13.07.20262026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir
13.07.2026Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalını 4,41 milyon manat azaldılıb
13.07.2026Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL
13.07.2026
Hansı banklar səyahət krediti verir?
13.07.2026"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır
13.07.2026
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
13.07.2026İqlim böhranını biznesə çevirən 10 STARTAP
13.07.2026Elmin Məmmədov: "Kraudfandinq platforması ilə əldə edilən gəlir və mənfəət vergidən azad ediləcək"
13.07.2026Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır
13.07.2026"PAŞA Bank"da yeni TƏYİNAT
13.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
13.07.2026Yaxın Şərqdəki müharibə davam etdikcə qlobal iqtisadiyyatda inflyasiya da artacaq
13.07.2026“Apple” başladı, digərləri də qoşuldu: Smartfon qutularından qulaqlıqlar niyə yoxa çıxdı?
13.07.2026Hindistanın ən böyük şirkətlərindən biri minlərlə AI mühəndisini işə götürəcək
13.07.2026“San Tortino” və “Azza”da tortların qiymətləri
13.07.2026