Redaktor
Hansı banklar səyahət krediti verir?
Azərbaycanda banklar müştərilərin şəxsi ehtiyaclarının qarşılanması üçün istehlak və ya nağd pul kreditləri təklif edir. Bu kreditlər təhsil, təmir, məişət xərcləri və digər məqsədlərlə yanaşı, səyahət xərclərinin maliyyələşdirilməsi üçün də istifadə oluna bilər.
Banklar nə qədər və neçə faizlə nağd pul krediti verir?
Yay mövsümü və məzuniyyət dövründə səyahətə maraq artdığından, bəzi vətəndaşlar planlaşdırdıqları səfərin xərclərini qarşılamaq və ya ayırdıqları büdcəni artırmaq məqsədilə istehlak kreditlərinə müraciət edirlər.
Bununla yanaşı, bəzi banklar səyahət məqsədi üçün ayrıca kredit məhsulu da təqdim edir. Bu kateqoriyada "Premium Bank" müştərilərinə "Səyahət krediti" təklif edir.
Bankın təqdim etdiyi kreditin maksimal məbləği 20 min manatdır. Kredit 12 ay müddətinə, illik 9,5% dərəcəsi ilə verilir. Kredit üzrə komissiya tutulmur, faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 9,5 faiz təşkil edir.
Məhsul əməkhaqqı və ya təqaüd alan şəxslər üçün nəzərdə tutulub. Kredit üçün müraciət zamanı şəxsiyyət vəsiqəsi, həmçinin rəsmi gəliri təsdiq edən sənədlər təqdim edilməlidir. Bankın tələblərinə əsasən, müraciət edən şəxsin cari iş yerində minimum 6 aylıq iş stajı olmalı və yaşı ən azı 20 olmalıdır.
Bank bildirir ki, digər banklarda aktiv krediti olan şəxslərin müraciətlərinə də baxıla bilər. Xüsusi hallarda zamin tələb oluna, həmçinin kredit üzrə sığorta təklif edilə bilər.
Qeyd edək ki, kreditin verilməsi ilə bağlı yekun qərar bankın daxili kredit siyasəti çərçivəsində qəbul edilir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“TSMC”nin gəlirləri gözləntiləri üstələyib
13.07.2026Şirkət işçilərinə ofisə yaxın yaşamaq üçün hər il 18 min dollar ödəyir
13.07.2026Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib
13.07.20262026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir
13.07.2026Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalını 4,41 milyon manat azaldılıb
13.07.2026Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL
13.07.2026
Hansı banklar səyahət krediti verir?
13.07.2026"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır
13.07.2026
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
13.07.2026İqlim böhranını biznesə çevirən 10 STARTAP
13.07.2026Elmin Məmmədov: "Kraudfandinq platforması ilə əldə edilən gəlir və mənfəət vergidən azad ediləcək"
13.07.2026Mərkəzi Bank riskli hesabların aşkarlanması üçün yeni sistem yaradır
13.07.2026"PAŞA Bank"da yeni TƏYİNAT
13.07.2026İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
13.07.2026Yaxın Şərqdəki müharibə davam etdikcə qlobal iqtisadiyyatda inflyasiya da artacaq
13.07.2026“Apple” başladı, digərləri də qoşuldu: Smartfon qutularından qulaqlıqlar niyə yoxa çıxdı?
13.07.2026Hindistanın ən böyük şirkətlərindən biri minlərlə AI mühəndisini işə götürəcək
13.07.2026“San Tortino” və “Azza”da tortların qiymətləri
13.07.2026