Redaktor
Meta «super sensing» texnologiyasına malik AI eynəklərini sınaqdan keçirir - FT
Meta Platforms ətraf mühiti fasiləsiz şəkildə səsə yazan və bir neçə saniyədən bir foto çəkən süni intellekt eynəklərinin prototipini sınaqdan keçirir. Bu barədə Valyuta.az Financial Times-a istinadən xəbər verir.
FT-nin məlumatına görə, yeni funksiya daxildə «super sensing» adlandırılır. Bu funksiya istifadəçiyə süni intellekt vasitəsilə gördüyü və eşitliyi məlumatları axtarmağa, həmçinin gün ərzində baş verən hadisələri yenidən xatırlamağa imkan verəcək.
Meta Platforms-un mətbuat xidməti daxili prototiplərlə bağlı şərh verməkdən imtina edib. Bununla yanaşı, şirkət bildirib ki, məxfilik tələbləri məhsulun hazırlanmasının ilk mərhələsindən nəzərə alınır.
FT yazır ki, Meta eynəklərində foto və ya video çəkilişi zamanı çərçivədə yerləşən LED indikator yanır. Lakin yeni funksiyadan istifadə edilərkən həmin indikatorun aktiv olmaması mümkündür. Bu halda ətrafdakılar cihazın qeyd apardığını anlamaqda çətinlik çəkə bilərlər. Bununla belə, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Qeyd edək ki, müzakirə olunan variantlardan birinə əsasən, ilkin audioyazılar və şəkillər Meta Platforms tərəfindən saxlanılmayacaq və istifadəçiyə təqdim edilməyəcək. Əvəzində sistem həmin məlumatlardan metadataları çıxaracaq və süni intellekt tərəfindən emal olunması üçün serverə göndərəcək. FT-nin yazdığına görə, şirkətdə toplanan məlumatların öz süni intellekt modellərinin öyrədilməsi üçün istifadəsi də müzakirə olunur.
Meta həmçinin bildirib ki, istifadəçi məlumatlarının qorunmasına imkan verən texnologiyalar üzərində işləyir. Nümunə kimi şirkət nitqi mətnə çevirə və ənənəvi foto və video çəkilişi olmadan məlumatları emal edə bilən Aria tədqiqat layihəsini göstərib.
Xatırladaq ki, Apple daha əvvəl ağıllı eynəklər, eləcə də daxili kameralarla təchiz ediləcək AirPods qulaqlıqları üzərində işlədiyini açıqlamışdı. Bildirilirdi ki, bu cihazlar süni intellekt funksiyalarının işləməsi üçün ətraf mühit barədə məlumatlardan istifadə edəcək.
Azadə Ağayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMeta «super sensing» texnologiyasına malik AI eynəklərini sınaqdan keçirir - FT
14.07.2026Aviasiyada hidrogen inqilabı başlayır
13.07.2026Tarixin ən cəsarətli "iPhone"u: Yubiley modeli bağlı yeni təfərrüatlar
13.07.2026“TSMC”nin gəlirləri gözləntiləri üstələyib
13.07.2026Şirkət ofisə yaxın yaşamaları üçün işçilərinə hər il 18 min dollar ödəyir
13.07.2026Sabitkoin bazarı iki ayda 10 milyard dollar kiçilib
13.07.20262026-cı il hesabatı: Kibertəhdidlər sosial şəbəkələrə yönəlir
13.07.2026Təsisçilərin ayrılması ilə şirkətin nizamnamə kapitalı 4,41 milyon manat azaldılıb
13.07.2026Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL
13.07.2026
Hansı banklar səyahət krediti verir?
13.07.2026"Turbo.az" və "Bina.az"ın operatoru olan şirkət Azərbaycandakı filialını bağlayır
13.07.2026