Redaktor
Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır
ABŞ-ın texnologiya nəhəngi Nvidia ilə Cənubi Koreyanın SK Group şirkəti süni intellekt (AI) infrastrukturunun genişləndirilməsi üçün dəyəri 500 milyard ABŞ dollarından çox olan strateji tərəfdaşlıq elan edib.
Razılaşma çərçivəsində süni intellekt məlumat mərkəzlərinin yaradılması, yüksək məhsuldarlıqlı hesablama gücünün artırılması və yeni nəsil yaddaş texnologiyalarının inkişafı nəzərdə tutulur.
Layihənin əsas hissələrindən biri olaraq “SK Telecom”, Nvidia-nın “Vera Rubin” arxitekturası və “DSX AI Factory” platforması əsasında 2 giqavat gücündə süni intellekt fabriki inşa edəcək. İlk məlumat mərkəzinin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Bundan əlavə, ”Nvidia” və “SK hynix” yüksək ötürmə qabiliyyətinə malik HBM (High Bandwidth Memory) yaddaş texnologiyalarının hazırlanması və tədarükü üzrə uzunmüddətli əməkdaşlıq edəcəklər. Bu texnologiya böyük süni intellekt modellərinin öyrədilməsi və fiziki süni intellekt sistemlərinin işləməsi üçün əsas komponentlərdən biri hesab olunur.
Şirkətlər bildirirlər ki, tərəfdaşlığın məqsədi qlobal miqyasda süni intellekt infrastrukturunu gücləndirmək və gələcək nəsil süni intellekt tətbiqləri üçün daha yüksək hesablama imkanları yaratmaqdır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu
28.07.2026Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
28.07.2026UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək
28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb
28.07.2026Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?
28.07.2026AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir
28.07.2026Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
28.07.2026“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb
28.07.2026"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir
28.07.2026"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi
28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?
28.07.2026Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı
28.07.2026"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı
28.07.2026Fərqli sənayelərin ilk milyarderləri
28.07.2026Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü
28.07.2026Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır
28.07.2026