"Bankın problemli kreditləri 3%-dirsə, normaldır"

Redaktor

20.04.2026 14:00
589

"Bankın problemli kreditləri 3%-dirsə, normaldır"

Cari ilin yanvar-fevral aylarında bank sektorunda cəmi kredit qoyuluşu 32 milyard 002,5 milyon manat təşkil edib. Bunun 562,0 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşür. İllik və aylıq müqayisə göstərir ki, gecikmiş ödənişlər və riskli kreditlərin həcmi artmaqdadır.

Bu fonda belə bir sual yaranır: Problemli kredit anlayışı hansı halları əhatə edir və kreditlər hansı mərhələdən sonra yüksək riskli hesab olunur?

İqtisadçı Murad Calalov Valyuta.az-a bildirib ki, əgər müştəri bankdan kredit götürüb və onu normal şəkildə ödəyirsə, hər şey qaydasındadır:

"Əgər 45 günə qədər ödəniş olmursa, bu müddət başa çatdıqdan sonra kredit intensiv şəkildə araşdırılır, yəni niyə ödənilmədiyi ciddi şəkildə yoxlanılır. Bunun müxtəlif mərhələləri var. 45 günə qədər olan gecikmələr bir mərhələyə aiddir. Daha sonra 3 aya qədər olanlar və 3 aydan sonrakı gecikmələr var. Bu proses bir ilə qədər davam edən mərhələlər üzrə qiymətləndirilir. 3 aya qədər ödəniş edilməyən kreditlər non-performing loans (ödənişi gecikmiş və problemli kreditlər) adlanır. Bu, ödənişdə heç bir hərəkətlilik olmayan kreditlər deməkdir və artıq riskli kredit kateqoriyasına daxil olur. Belə kreditlər üzrə 90 gün, yəni 3 ay ərzində heç bir ödəniş həyata keçirilmir. Bu müddətdə də müştəri ilə danışılır, lakin yenə də ödəniş olunmursa, individual value assessment (kreditin ayrıca dəyər və risk qiymətləndirilməsi) mərhələsinə keçirilir. Əgər kredit sonradan da ödənilmirsə və bir il ərzində geri qaytarılmırsa, bu artıq problemli kreditlər içərisində probability of default (PD) (öhdəliyin yerinə yetirilməməsi ehtimalı) kateqoriyasına daxil edilir. Burada artıq geri ödənilməmə ehtimalı çox yüksək hesab olunur. Yəni bank həmin vəsaitin itirilməsini gözləyir. "Probability of default" mərhələsinə adətən bir ildən sonra daxil olunur".

M.Calalov qeyd edib ki, bu göstərici hər bir bank üçün maksimum təxminən 3% səviyyəsində olmalıdır:

"Ondan artıq problemli kreditlərin yaranmasına yol verilməməlidir. Yəni bank üzrə ümumi problemli kreditlərin payı 3%-ə qədər normal sayılır. Əgər ödəniş olmursa və heç bir girov yoxdursa, kredit birbaşa bank üçün itki hesab olunur. Əgər ipoteka kreditidirsə, alınan əmlak özü girov sayılır. Bu halda müştəriyə əlavə vaxt verilə bilər - forbearance (ödəniş üçün əlavə möhlət verilməsi). Bu da nəticə verməzsə, girov müsadirə olunur və satılaraq vəsait geri qaytarılır. Əgər girov kimi pul və ya başqa əmlak qoyulubsa, həmin təminat da müsadirə oluna bilər. Avtomobil kreditlərində də nəqliyyat vasitəsi girov kimi götürülə bilər. Əgər belə kreditlərdə də ödəniş olmursa və kredit sığortalıdırsa, bank vəsaitini sığorta hesabına geri alır. Bu da mümkün olmazsa, artıq həmin məbləğ bankın itkisi hesab edilir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Azərişıq" 5,54 milyon manatlıq tender elan edib

28.07.2026

"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı

28.07.2026

Dünyanın ən ağıllı süni intellekt modelləri – 2026-cı ilin reytinqi

28.07.2026

Qlobal iqtisadiyyata hökumətlərdən çox təsir edən şirkətlər

28.07.2026

"Fed"in sentyabr qorxusu: Bazarlar qərardan çox səs bölgüsünə diqqət yetirəcək

28.07.2026

HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq

28.07.2026

"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı

28.07.2026

"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

28.07.2026

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış varsa, o biznes uğurludur?

28.07.2026

Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı

28.07.2026

Məzənnə

Yüklənir...