Pensiya yaşına yaxın işçiləri işdən çıxarmaq olar?

Redaktor

27.01.2026 09:00
1,202

Pensiya yaşına yaxın işçiləri işdən çıxarmaq olar?

Uzun illər çalışan, əmək fəaliyyətinə ömrünü sərf edən şəxs artıq pensiya yaşına çatır. Amma pensiyaya çıxmasına iki il qalmış işdən azad edilir. İşçinin belə halda işdən azad edilməsi cəmiyyətdə həm hüquqi, həm də etik suallar doğurur.

Ümumiyyətlə, pensiya yaşına çatmağa 1-2 il qalmış işçini işdən azad etmək doğrudur? Qanunvericilik buna necə yanaşır? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan Korporativ hüquqşünas Taleh Rzayev bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərin hüquqlarının müdafiəsi məqsədilə müəyyən xüsusi normalar nəzərdə tutulub:

"Qanunvericiliyə görə, işəgötürənin işçini işdən azad etməsi yalnız konkret və əsaslandırılmış hallarda mümkündür. Bu əsaslara, məsələn, ştat ixtisarı və ya işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi daxildir. Lakin qanunvericilikdə "pensiya yaşına çatdığı üçün" ifadəsi işdən azadetmə səbəbi kimi aydın göstərilməyib. Bu isə belə hallarda hüquqi boşluq yarada və qərarın işəgötürənin subyektiv yanaşmasına əsaslanmasına şərait yarada bilər. Ədalətli yanaşma tələb edir ki, həm işçinin, həm də işəgötürənin mövqeyi nəzərə alınsın. Lakin əgər işəgötürən bu hüquqi qeyri-müəyyənlikdən istifadə edərək, şəxsi maraqları naminə qərar verirsə, bu zaman ayrı-seçkilik yaranır".

“İstifadə müddəti bitmiş” işçi yanaşması

T.Rzayev qeyd edib ki, yaşla bağlı səbəblərlə, məsələn, "yaşı çoxdur" və ya "pensiyaya az qalıb" kimi – işdən azadetmə, qanunvericiliyə əsasən, diskriminasiya hesab olunur və bu cür hallar qanunla qadağandır: 

"Əgər əmək müqaviləsi müddətlidirsə və həmin müddət başa çatıbsa, işəgötürənin onu uzatmamaq hüququ var. Lakin müddətsiz müqavilələr üzrə işdən azadetmə yalnız ciddi əsaslara, o cümlədən intizam pozuntusuna əsaslana bilər. Pensiya yaşına çatmış şəxslərlə bağlı bəzi hallarda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə (dövlət idarələri) – yaş məhdudiyyəti tətbiq oluna bilər. Bununla belə, pensiya yaşına çatmamış şəxs tam hüquqlu işçi sayılır. Məsələnin yalnız hüquqi deyil, həm də etik və sosial tərəfi mövcuddur. Pensiyaya 1-2 il qalmış şəxsin işdən azad edilməsi onun yeni iş tapmaq imkanlarını məhdudlaşdırır, maddi rifahına və gələcək pensiya məbləğinə mənfi təsir göstərir. Ömrünün böyük hissəsini əmək fəaliyyətinə həsr etmiş insanın "istifadə müddəti bitmiş" kimi kənara atılması onun psixoloji durumuna da ağır təsir edə bilər. Əgər ortada konkret və sübuta yetirilmiş intizam pozuntusu yoxdursa, pensiya yaşına yaxın şəxsin işdən çıxarılması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməz sayılmalıdır".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir

24.07.2026

Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

24.07.2026

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub

24.07.2026

"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək

24.07.2026

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

24.07.2026

Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb

24.07.2026

Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI

24.07.2026
Hansı banka əmanət qoymaq daha çox qazandırır?

Hansı banka əmanət qoymaq daha çox qazandırır? - CƏDVƏL, MÜQAYİSƏ

24.07.2026

Sığorta şirkətlərinin investisiya gəlirləri bəlli oldu

24.07.2026

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

24.07.2026

Xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?

24.07.2026

"Bitcoin" Təhlükəsizlik Birliyi yaradıldı

24.07.2026

Bakının mərkəzində aylıq dövriyyəsi 25 min manatı keçən biznes satışa çıxarılıb

24.07.2026

"Mobileye"nin baş direktoru şirkətin robotaksi və robot texnologiyalarına keçid dövründə vəzifəsindən ayrılacaq

24.07.2026

ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər

24.07.2026

Məzənnə

Yüklənir...