Redaktor
Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
Azərbaycanın premium daşınmaz əmlak layihələrindən biri hesab olunan "Sea Breeze" ekosisteminin tərkibində yer alan “Porta Caspia” layihəsinə marketinq direktoru təyin olunub.
Valyuta.az xəbər verir ki, bu vəzifə Şahin Cəfərzadəyə həvalə olunub.
Rəqəmsal marketinq və strateji kommunikasiyalar sahəsində uzunmüddətli təcrübəyə malik olan Ş.Cəfərzadə daha əvvəl “Filtrex.az”, “TAİS-İKF” MMC (RS-Horeca, RS-Cleaning, RPC, RS-Household, ShirinPay), “Wentto Electronics” və “Art City” Reklam Şirkəti kimi yerli və beynəlxalq şirkətlərin marketinq və rəqəmsal inkişaf proseslərinə rəhbərlik edib.
O, həmçinin müxtəlif dövlət əhəmiyyətli layihələrdə icraçı və koordinator kimi fəaliyyət göstərərək strateji idarəetmə sahəsində təcrübə qazanıb.
Qeyd edək ki, Ş.Cəfərzadənin fəaliyyəti “Google Ads”, “Meta” platformaları, SEO/SEM optimizasiyası, məlumat əsaslı analitika (data-driven analytics), brend idarəçiliyi və süni intellekt əsaslı marketinq həllərinin tətbiqini əhatə edir.
Ş.Cəfərzadənin marketinq fəaliyyətini həyata keçirəcəyi "Porta Caspia" layihəsi Xəzər dənizi sahilində, "Sea Breeze" ərazisində inşa edilən premium yaşayış layihəsidir. Layihə müasir memarlıq üslubunda tikilmiş yaşayış binalarını, müxtəlif mənzil planlarını, qapalı parkinqi, 24/7 mühafizə sistemini və sakinlər üçün nəzərdə tutulmuş istirahət zonalarını əhatə edir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026