Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

Redaktor

24.07.2026 18:00
40

Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında keçirilən Ekspertlər Şurasının növbəti iclasında innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən dörd yeni startap və şirkətə SABAH.city innovasiya şəhərciyinin rezidenti statusu verilib.

Valyuta.az xəbər verir ki, “Phoenix IT Solutions”, “Dapti”, “Plan & Eat” və “Esyasoft CIS” tərəfindən rəqəmsal transformasiya, süni intellekt əsaslı adaptiv təhsil, B2B korporativ qidalanma və kommunal xidmətlərin rəqəmsallaşdırılması istiqamətlərində həyata keçiriləcək layihələrin SABAH.city innovasiya ekosisteminə inteqrasiyası ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə, texnologiya transferinin təşviqinə və insan kapitalının inkişafına mühüm töhfə verəcək.

Təsdiqlənən layihələr çərçivəsində dövlət və özəl sektor üçün müəssisə resurslarının idarəedilməsi (ERP) sistemlərinin və bulud infrastrukturlarının qurulması, beynəlxalq sertifikatlaşdırma və peşəkar təlim proqramlarının təşkili, təhsildə süni intellekt əsaslı fərdiləşdirilmiş həllərin tətbiqi, B2B korporativ qidalanma və logistika proseslərinin optimallaşdırılması, eləcə də kommunal xidmətlərin rəqəmsallaşdırılması üzrə ağıllı monitorinq sistemlərinin tətbiqi nəzərdə tutulur.

Bu çərçivədə rezidentlər tərəfindən həyata keçiriləcək əsas layihələr aşağıdakılardır:

“Phoenix IT Solutions” - Şirkət dövlət və özəl sektor üçün ERP sistemləri, bulud texnologiyaları, süni intellekt və məlumat analitikası sahələrində rəqəmsal transformasiya həlləri təqdim edəcək. Eyni zamanda layihə çərçivəsində SAP və AWS üzrə beynəlxalq sertifikatlaşdırma proqramları və peşəkar təlimlər təşkil olunacaq.

“Dapti” - Startap süni intellekt əsaslı adaptiv təhsil platforması vasitəsilə tələbələr üçün fərdiləşdirilmiş öyrənmə mühiti yaradacaq. Platforma AI Tutor (süni intellekt əsaslı fərdi müəllim), avtomatlaşdırılmış qiymətləndirmə və təhsil analitikası alətlərini özündə birləşdirərək tədris prosesinin daha səmərəli təşkilinə imkan verəcək.

“Plan & Eat” - Startap şirkətlərlə iaşə obyektləri arasında rəqəmsal əlaqə yaradan B2B korporativ qidalanma platformasını təqdim edəcək. Platforma işçilərin qidalanma prosesinin səmərəli təşkilini, sifarişlərin əvvəlcədən idarə olunmasını, sağlam qidalanmanın təşviqini və logistika proseslərinin optimallaşdırılmasını təmin edən ağıllı həllər təklif edəcək.

“Esyasoft CIS” - Şirkət kommunal xidmətlərin rəqəmsallaşdırılması sahəsində fəaliyyət göstərərək ağıllı sayğac sistemləri, GIS, billinq, CRM, məlumat analitikası və süni intellekt əsaslı monitorinq həllərini əhatə edən kompleks həllər portfelini SABAH.city innovasiya ekosisteminə inteqrasiya edəcək.

Yeni rezidentlərin SABAH.city innovasiya ekosisteminə qoşulması özəl sektorla əməkdaşlığın genişlənməsinə, gənc mütəxəssislər üçün təlim, beynəlxalq sertifikatlaşdırma və praktiki təcrübə imkanlarının yaradılmasına töhfə verəcək. Bu təşəbbüslər yüksəkixtisaslı insan kapitalının formalaşmasına, ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və Azərbaycanın regional innovasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı innovativ və yüksək texnologiyalı məhsulların hazırlanmasını dəstəkləyən, xüsusi hüquqi rejimə malik innovasiya zonasıdır. Parkın fəaliyyəti daxili və xarici investisiyaların cəlb edilməsinə, elmi tədqiqatların kommersiyalaşdırılmasına və yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasına yönəlib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

24.07.2026

Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir

24.07.2026

Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

24.07.2026

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub

24.07.2026

"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək

24.07.2026

Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq

24.07.2026

Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb

24.07.2026

Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI

24.07.2026
Hansı banka əmanət qoymaq daha çox qazandırır?

Hansı banka əmanət qoymaq daha çox qazandırır? - CƏDVƏL, MÜQAYİSƏ

24.07.2026

Sığorta şirkətlərinin investisiya gəlirləri bəlli oldu

24.07.2026

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

24.07.2026

Xarici vətəndaş Azərbaycanda biznes qurmaq üçün hansı mərhələlərdən keçməlidir?

24.07.2026

"Bitcoin" Təhlükəsizlik Birliyi yaradıldı

24.07.2026

Bakının mərkəzində aylıq dövriyyəsi 25 min manatı keçən biznes satışa çıxarılıb

24.07.2026

"Mobileye"nin baş direktoru şirkətin robotaksi və robot texnologiyalarına keçid dövründə vəzifəsindən ayrılacaq

24.07.2026

Məzənnə

Yüklənir...