4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

Redaktor

23.07.2026 11:23
128

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

21 iyul tarixində "SABAH.lab" və dünyanın aparıcı biznes məktəblərindən biri olan "IE Business School"un birgə təşkilatçılığı ilə növbəti "Demo Day" tədbiri keçirilib. 

Valyuta.az xəbər verir ki, innovasiya və sahibkarlıq ekosisteminin aparıcı nümayəndələrini bir araya gətirən tədbirdə ümumilikdə 12 startap komandası texnoloji və biznes layihələrini auditoriyaya təqdim edib.

Tədbir çərçivəsində iştirakçı komandalar startap ideyalarını, biznes modellərini və gələcək inkişaf strategiyalarını vençur kapitalı fondlarının nümayəndələri, təcrübəli investorlar və sahə mütəxəssislərindən ibarət münsiflər heyətinə təqdim edib, daha sonra sual-cavab sessiyasında iştirak ediblər.

Startap təqdimatları regionun və yerli ekosistemin tanınmış investorları və sahibkarları tərəfindən yüksək qiymətləndirilib. Tədbirin münsiflər heyətində Məsud Əlisoy ("SABAH.fund"), Mənsur Paşayev ("Push30"), Hüseyn Məhmudov ("InMerge Ventures") və Mənsur Məmmədov ("Moonwake Investment") yer alıblar.

Münsiflər heyətinin qiymətləndirməsi və auditoriyanın birbaşa səsverməsi nəticəsində tədbirin ən perspektivli komandaları müəyyən olunub. Münsiflər heyətinin seçimi üzrə "SentryForge", "SmartFlow" və "Devlab" startapları qalib elan olunub. Auditoriya səsverməsinin qalibi isə "VestoAI" startapı olub.

Qalib gələn dörd komanda - "SentryForge", "SmartFlow", "Devlab" və "VestoAI" - regionun ən böyük innovasiya tədbirlərindən biri olan "Baku ID" çərçivəsində xüsusi stendlə çıxış etmək və layihələrini investorlara təqdim etmək imkanı qazanıb.

Bundan əlavə, "Demo Day"də təqdimatla çıxış edən bütün 12 komanda "Baku ID" tədbirinə giriş bileti əldə edib. Bu imkan startaplara qlobal investorlar, korporativ tərəfdaşlar və ekosistem liderləri ilə birbaşa şəbəkələşmək imkanı yaradır.

Qeyd edək ki, "SABAH.HUB" İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən "SABAH.lab" gənclərin inkişafını, sahibkarlığı və innovasiyaları dəstəkləyən akselerasiya proqramları həyata keçirir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan platforma "IE Business School" ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir və bu günədək yüzlərlə startapın formalaşmasına və inkişafına töhfə verib.

"Baku ID" haqqında

"Baku ID" "SABAH.HUB" İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplar və investisiyalara yönəlmiş, Azərbaycanın aparıcı innovasiya tədbirlərindən biridir.

Platformaların fəaliyyəti və son yeniliklər barədə daha ətraflı məlumatı "SABAH.HUB""Baku ID"nin rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Metroda NFC ilə keçiddə problem yarandı

23.07.2026

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

23.07.2026

"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"

23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir?

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar

23.07.2026

"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb

23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

23.07.2026

Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar

23.07.2026

Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma

22.07.2026

Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi

22.07.2026

Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır

22.07.2026

Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək

22.07.2026

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026

12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı

22.07.2026

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Məzənnə

Yüklənir...