Redaktor
"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"
"Bitwise" şirkətinin investisiya direktoru (CIO) Mett Hauqan (Matt Hougan) hesab edir ki, "Bitcoin" bazarında dib səviyyəsinin formalaşmasının ilk əlamətləri görünməyə başlayıb.
Valyuta.az xəbər verir ki, onun fikrincə, növbəti "buğa bazarı" kriptovalyutalarla ənənəvi maliyyə sisteminin inteqrasiyası hesabına formalaşacaq.
Hauqan bildirib ki, "Bitcoin" iyulun 1-dən etibarən yüksəlir, spot "Bitcoin ETF"lərinə yenidən vəsait axını başlayıb və bazarda psixoloji vəziyyət tədricən yaxşılaşır:
"Geriləmənin tam başa çatdığını demək üçün hələ tezdir. Lakin hesab edirəm ki, Bitcoin artıq dib səviyyəsinə yaxınlaşıb", – deyə o bildirib.
Ekspertin sözlərinə görə, yeni yüksəliş dalğasının əsasını aktivlərin tokenləşdirilməsi, stablecoin-lərin geniş yayılması, maliyyə bazarlarının 24/7 fəaliyyətə keçməsi və institusional investorların "DeFi" ekosisteminə daxil olması təşkil edəcək.
Hauqan hesab edir ki, əvvəlki dövrlərdən fərqli olaraq, qarşıdakı "buğa bazarı" spekulyasiya deyil, real istifadə, real gəlir və qlobal maliyyə sektorundakı transformasiya hesabına formalaşacaq. Onun fikrincə, bu dəyişiklik hələ bazar qiymətlərində tam əksini tapmayıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb
23.07.2026"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb
23.07.20264 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb
23.07.2026Metroda NFC ilə keçiddə problem yarandı
23.07.2026ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi
23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb
23.07.2026"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"
23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar
23.07.2026"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb
23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri
23.07.2026Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar
23.07.2026Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma
22.07.2026Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi
22.07.2026Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır
22.07.2026Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək
22.07.2026"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026