Redaktor
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb
"AFB Bank"ın 2026-cı ilin ikinci rübü üzrə maliyyə hesabatına əsasən, bankın müştərilərə verdiyi kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Valyuta.az xəbər verir ki, bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 394 milyon 369 min manata çatıb.
Bu, 2025-ci ilin ikinci rübündə qeydə alınan 202 milyon 906 min manatla müqayisədə 191 milyon 463 min manat və ya 94,4% çoxdur.
Ən yüksək artım istehlak kreditləri seqmentində müşahidə olunub. Belə ki, istehlak kreditlərinin həcmi bir il əvvəlki 26 milyon 581 min manatdan 88 milyon 469 min manata yüksələrək 61 milyon 888 min manat artıb.
Bankın biznes kreditləri portfeli də genişlənib. Bu istiqamətdə kreditlərin həcmi 107 milyon 63 min manatdan 236 milyon 880 min manata yüksəlib ki, bu da 129 milyon 817 min manat artım deməkdir.
Daşınmaz əmlak kreditləri üzrə isə cüzi azalma qeydə alınıb. Hesabat dövrünün sonunda bu kreditlərin həcmi 69 milyon 19 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 69 milyon 263 min manatla müqayisədə 243 min manat və ya 0,35% azdır.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Azərbaycan banklarının hansı törəmə şirkətləri var? - CƏDVƏL
"Bank Respublika"nın müştərilərə verdiyi kreditlər 1,7 milyard manatı ötüb
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL
"Rabitəbank"ın ən çox kredit verdiyi 10 region - SİYAHI
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb
23.07.2026"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb
23.07.20264 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb
23.07.2026Metroda NFC ilə keçiddə problem yarandı
23.07.2026ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi
23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb
23.07.2026"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"
23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar
23.07.2026"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb
23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri
23.07.2026Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar
23.07.2026Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma
22.07.2026Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi
22.07.2026Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır
22.07.2026Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək
22.07.2026"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026