Redaktor
"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb
"Az Sığorta" ASC 2026-cı ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin 2026-cı ilin ilk yarısında gəlirləri 5 milyon 379 min 786 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstəricinin 7 milyon 183 min 652 manat olduğunu nəzərə alsaq, bu, 1 milyon 803 min 866 manat və ya 25,11% azalma deməkdir.
Əsas əməliyyat gəlirləri 4 milyon 695 min 96 manatdan 3 milyon 769 min 305 manata enib. Beləliklə, bu istiqamətdə gəlirlər 925 min 792 manat və ya 19,72% azalıb.
Bildirilir ki, investisiya gəlirləri 1 milyon 127 min 11 manatdan 1 milyon 382 min 488 manata yüksələrək 255 min 477 manat və ya 22,67% artıb.
Hesabata əsasən, şirkətin xərcləri ötən ilin ilk yarısında 5 milyon 755 min 372 manat təşkil edib ki, bu da illik 6 milyon 341 min 670 manat ilə müqayisədə 586 min 298 manat və ya 9,24% azalma olduğunu deməyə əsas verir.
O cümlədən, əsas əməliyyat xərcləri 2 milyon 638 min 974 manatdan 1 milyon 986 min 764 manata enib. Beləliklə, bu istiqamətdə xərclər 652 min 211 manat və ya 24,72% azalıb.
Bununla yanaşı, "Az Sığorta" 2026-cı ilin ilk yarısını 375 min 586 manat xalis zərərlə başa vurub. Xatırladaq ki, 2025-ci ilin eyni dövründə şirkət 673 min 586 manat xalis mənfəət əldə edib. Beləliklə, şirkətin maliyyə nəticəsi 1 milyon 49 min 172 manat pisləşərək mənfəətdən zərərə keçib.
Şirkətin cəmi aktivləri bu ilin II rübündə 1 milyon 732 min 819 manat və ya 5,59% azalaraq 29 milyon 236 min 473 manat təşkil edib.
Şirkətin cəmi öhdəlikləri isə 2026-cı ilin ilk yarısının sonuna 11 milyon 29 min 410 manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 433 min 983 manat və ya 11,51% azalma deməkdir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır
23.07.2026“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb
23.07.2026"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb
23.07.2026"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb
23.07.20264 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb
23.07.2026Metroda NFC ilə keçiddə problem yarandı
23.07.2026ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi
23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb
23.07.2026"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"
23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar
23.07.2026"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb
23.07.2026