Redaktor
"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb
"A-Qrup Sığorta" ASC 2026-cı ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin cari ilin ilk yarısında gəlirləri 11 milyon 129 min 563 manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 10 milyon 947 min 623 manat ilə müqayisədə 181 min 940 manat və ya 1,66% çoxdur.
Hesabata əsasən, əsas əməliyyat gəlirləri 2025-ci ilin ilk yarısındakı 9 milyon 485 min 55 manatdan 2026-cı ilin ilk yarısında 9 milyon 425 min 119 manata enib. Beləliklə, bu istiqamətdə gəlirlər 59 min 936 manat və ya 0,63% azalıb.
Bununla yanaşı, investisiya gəlirləri 383 min 246 manatdan 537 min 353 manata yüksələrək 154 min 107 manat və ya 40,2% artım göstərib.
Xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə gəlirlər isə 853 min 61 manatdan 921 min 987 manata çatıb ki, bu da 68 min 926 manat və ya 8,1% artım deməkdir.
Hesabata əsasən, şirkətin xərcləri bu ilin ilk yarısında 10 milyon 670 min 860 manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 9 milyon 624 min 305 manat ilə müqayisədə 1 milyon 46 min 554 manat və ya 10,87% çoxdur.
O cümlədən, əsas əməliyyat xərcləri 7 milyon 95 min 287 manatdan 7 milyon 824 min 888 manata yüksələrək 729 min 601 manat və ya 10,28% artıb.
İşlərin aparılması xərcləri isə 2 milyon 529 min 18 manatdan 2 milyon 843 min 276 manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 314 min 257 manat və ya 12,43% artım deməkdir.
Bununla yanaşı, A-Qrup Sığortanın xalis mənfəəti 2026-cı ilin ilk yarısında 458 min 703 manat olub. Halbuki, 2025-ci ilin eyni dövründə şirkət 1 milyon 323 min 318 manat xalis mənfəət əldə edib. Beləliklə, şirkətin xalis mənfəəti 864 min 615 manat və ya 65,34% azalıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb
23.07.2026"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb
23.07.20264 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb
23.07.2026Metroda NFC ilə keçiddə problem yarandı
23.07.2026ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi
23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb
23.07.2026"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"
23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada işləyir? - Tam siyahı, Fotolar
23.07.2026"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb
23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri
23.07.2026Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar
23.07.2026Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma
22.07.2026Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi
22.07.2026Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır
22.07.2026Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək
22.07.2026"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək
22.07.202612 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı
22.07.2026"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır
22.07.2026