Redaktor
Rusiyada kriptovalyuta qanunu Duma tərəfindən qəbul edildi
Rusiyada kriptovalyutaların tənzimlənməsini nəzərdə tutan qanun layihəsi Dövlət Dumasında qəbul edilib. Valyuta.az xəbər verir ki, sənədin qüvvəyə minməsi üçün indi Federasiya Şurasının təsdiqi və Prezident Vladimir Putinin imzası tələb olunur. Prosesin təxminən iki həftəyə tamamlanacağı gözlənilir.
Yeni qanuna əsasən, Bitcoin və digər kriptovalyutalar rəsmi ödəniş vasitəsi kimi tanınmayacaq, lakin ilk dəfə əmlak statusu alacaqlar. Bu, mülkiyyət hüququ və vergitutma baxımından mühüm dəyişiklik hesab olunur.
Bundan əlavə, kriptovalyuta birjaları Rusiya Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılacaq. Qanun həmçinin Rusiya şirkətlərinə beynəlxalq ticarətdə Mərkəzi Bankın nəzarəti altında kriptovalyutalardan istifadə etməyə imkan verəcək.
Sənəddə fərdi investorlar üçün kriptovalyuta alışı və xaricə köçürmələr üzrə müəyyən limitlər də nəzərdə tutulub.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026